Güney Azərbaycan Demokratik Türk Birliyinin 24-25 sentyabr tarixlərində keçiriləcək Nyu-York toplantısı ilə bağlı rəsmi açıqlaması

GADTB: Sevimli Azərbaycan Türk Milləti!

Son zamanlarda Nyu-Yorkda keçiriləcək toplantı ilə bağlı böyük lobbi çalışmaları olmuşdur. Bu lobbi çalışmalarını idarə edən bəlirsiz güclərin pərdə arxası açıldıqca Ərəbistan dövlətinin və nə yazıq ki İran Xalq Mücahidlərinin ortaq projesinin izləri üzə çıxmışdır. Ömrü böyü milli və etnik dəyərləri heçə sayan qorxunc Mücahid təşkilatının başçılığı bəlli olunca, öncədən dəvət qəbul edən bir çox milli yönlü təşkilatlar və hətta farsçı-irançı qurumlar toplantıya qatılma dəvəti geri qaytarmışlar. GADTB isə Güney Azərbaycanın bir etibarlı və tanınmış milli qurumu olaraq dəvəti geri qaytaran qurumlardan biri olmuşdur. Çünki, gizli gerçəklərin üzə çıxmasıyla Nyu-York toplantısını Amerika dövlətinə və reklam olunmuş BMT-yə aid olmadığı bəlli olmuşdur. Eyn zamanda yayılan 15 maddəlik şərti son sənəddə toplantının Azərbaycan Türk Millətinə ən ufaq belə yararı olmadığı göstərilmişdir. Bu üzdən Güney Azərbaycan Demokratik Türk Birliyi bu toplantıya qatılmama qərarı alaraq, aşağıdakı neçə özəti millətimizin bilgisinə sunur:

  • Toplantı İranın bütövlüyünü və tək yönlü fars mehvərli mərkəzçi dövlət sisteminin sürməsini ön görmüşdür(1-ci bənd).
  • Toplantının əsas hədəfinin gələcək İran üçün daha faşist farsçı rejimə yol açacağı cəhdi bəlli olmuşdur (2-ci bənd).
  • Toplantının ilk yayılan bilgilərinə görə, işğal altında olan qeyri-fars millətlərin gələcəyindən ən kiçik söz edilməmişdir (8-ci bənd).
  • Toplantının maliyyəsi Səudiyyə Ərəbistanı tərəfindən təmin olunduğu üçün, şahçı, səltənətçi kəsim toplantıya qatılmamışdır. Bu isə, bütünlüklə insiyativin İran Xalq Mücahidlərində qaldığını sağlamışdır. (son bildirinin siyasi ədəbiyatının Mücahid təşkilatına aid olduğu aşkardır.)
  • Toplantının əsas çıxışçıları listəsində Azərbaycan türkləri başda olmaqla etnik yönlü Ərəb, Kürd, Bəluç və Türkmən Təşkilatları və ya şəxsiyyətlərindən kimsəyə yer virilməmişdir.
  • Toplantıya dəvət mexanizmi lobbi yöntəmilə gizlicə olmuşdur. Belə ki, milli-siyasi qurumların varlığına sayğısızlıq edərək, o qurumlara bağlı olan milli-siyasi fərdlərlə ilişki qurulmuş, neçə başlı əxlaqsızlıq edilmişdir. Umarıq ki, bundan sonra Azərbaycan Milli Hərəkatına bağlı olan həqiqi və hüquqi kimsədən belə davranışlar ortaya qoyulmasın.  
  • Sözsüz ki GADTB, bir türkçü, istiqlalçı qurum olaraq Azərbaycan Milli Hərəkatının Avropa və Amerika gündəminə gəlməsinin başlıca tərəfdarıdır. Ancaq, yuxarıda örnək göstərilən kifayət qədər açıq nədənlərə dayanaraq AMH-nın istiqlaçı ilkələri ilə daban-dabana zidd olan Nyu-York toplantısı kimi yığıncaqlara rəsmiyyət vermək böyük prinsip çöküşüdür.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

2019-09-15

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın