Çərşənbə axşamı , Avqust 20 2019
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 20 Yanvar faciəsi ilə bağlı bildirişi

GADTB: 20 yanvar faciəsi müasir dövrdə Azərbaycan millətinin tarixinə ümummilli hüzn günü kimi düşsə də, əslində müstəqilliyi və azadlığı uğrunda ayağa qalxmış bir millətin müstəmləkəçi imperiya ordusu qarşısında misilsiz qəhrəmanlıq tarixi yazması idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu və tankları azadlığı üçün ayağa qalxmış əliyalın Azərbaycan millətinin üzərinə hücuma keçdi. Faciə zamanı Bakıda və Quzey Azərbaycanın digər bölgələrində 146 şəxs öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Lakin Azərbaycan milləti Sovet ordusuna qalib gəldi.

20 yanvarda Quzey Azərbaycanda millətimiz sübut etdi ki, əli yalın bir millət dünyanı qorxuya salan Sovet imperiyası və rus qoşununa sinə gərib, qalib gələ və müstəqilliyini bərpa edə bilər. Fars imperiyasından qat-qat güclü olan rus imperiyasının tanklarının qarşısına çıxan əliyalın millətimiz göstərdi ki, demokratik yolla da işğalçıları yerində oturtmaq olar.

Millətimizin Quzey Azərbaycanda dünyanın iki böyük gücündən birinin tankları qarşısında dayanıb misilsiz qəhrəmanlıq göstərməsi, təkcə Quzey Azərbaycanın müstəqillik tarixində qəhrəmanlıq səhifəsi kimi tarixə düşməmiş, həm də müstəqilliyi uğrunda mübarizə aparan Güney Azərbaycana və ümumiyyətlə türk dünyasına böyük dərs olmuşdur.

Bu gün Güney Azərbaycanda da millətimiz öz müstəqilliyi və azadlığı uğrunda 20 yanvar şəhidlərinin yolu ilə getməyə məqam gözləyir və heç bir qüvvənin millətin iradəsi qarşısında davam gətirməyəcəyinə inanır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Suriyada Türkiyənin hərbi konvoyu bombalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətindəki Türkiyə hərbi …

İrqçi fars rejim imzaladığı nüvə sazişini 3-cü mərhələdə pozmağa hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim imzaladığı nüvə sazişini 3-cü mərhələdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir