Çərşənbə axşamı , May 21 2019
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 24 aprel- erməni yalanları barədə bildirişi

GADTB: Balkanlar və s. bölgələrdən əsrlər öncə türklərin himayəsinə sığınan ermənilər sonrakı yüzilliklərdə nankörlük edərək, Həmin dövrdə İslam və Türk dünyasının təmsilçisi sayılan Osmanlını məhv etməyi qərara alan Qərb dünyası və Rusiyanın əlində türklərə qarşı alətə çevrilmişdir. Qərb dünyası və Rusiyanın təhriki ilə türkün qanına susamış ermənilər himayəsində yaşadığı Osmanlıya xəyanət etmiş və Osmanlıya hücuma keçmiş Qərb dövlətləri və Rusiyanın qarşısında arxadan öldürücü zərbələr endirmişdir. Bunun nəticəsində yüzminlərlə türk şəhid edilmişdir.

Üstəlik ermənilər Qərb dövlətləri və Rusiyanın himayəsi və silahlandırması ilə tarixi Azərbaycan ərazilərində yüz minlərlə Azərbaycan türkünü soyqırıma məruz qoydular.

Osmanlı dövləti cəbhə bölgəsi ərazilərində yaşayan və təcavüzkar düşmənə  satılaraq, türklərə xəyanət edən erməniləri daha təhlükəsiz bölgələrə köçürməyə qərar qəbul etdi. Bu həm erməniləri müharibədə tələf olmaqdan qorumaq, həm də onların xəyanəti nəticəsində türk ordusunun yenilməsinin qarşısını almaq məqsədi daşıyırdı. Lakin Osmanlını məhv etməyi qarşıya məqsəd qoyan Qərb dünyası və Rusiyaya bu məsələ sərf etmədiyi üçün onlar əlaltılarına çevirdikləri ermənilərin Osmanlı tərəfindən qətliam edildiyini təbliğ etməyə başladılar. Maraqlıdır ki, hələ 1915-ci ildə ermənilərin köçürülmə planı icra edilməmişdən aylar öncə bu yalan iddia ilə ermənilərin qətlim edilməsi təbliğ edilməyə başlanmışdır.

Sırf ermənilərin yalan erməni soyqırımının heç vaxt törədilmədiyi üçün bu gün ermənilər və Qərblə Rusiya Türkiyənin arxivləri açıb bitərəf tədqiqatçıların soyqırım məsələsini tədqiq etmələri və nəticənin hər tərəf üçün qəbul edilməli olduğuna dair çağırışını cavabsız qoyurlar. Çünki, özləri də yaxşı bilirlər ki, reallıqda türklər yox, ermənilər türklərə qarşı soyqırım törədib.

Bu arada isə özünü müsəlmanların himayədarı kimi qələmə verən irqçi və riyakar fars rejimi yüz minlərlə müsəlman türkü soyqırıma məruz qoyan erməniləri müsəlman dünyasının təmsilçisi olmuş Osmanlıya qarşı himayə edib, 24 apreldə Urmiya, Salmas, Xoy, Xocalı və Azərbaycanın digər bölgələrində yüzminlərlə müsəlman şiənin qatili ermənilərə müsəlman türklərə qarşı etiraz mitinqi keçirməyə icazə verib, onları təşkilatlandırır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan türk millətinə səslənərək, erməni yalanlarını ifşa etməkdə, eləcə də türk düşmanı iki üzlü irqçi fars rejimin antitürk planlarını zərərsizləşdirməkdə hər zamankı kimi fəal və oyaq olamağa çağırır. İnanırıq ki, sizin fəallığınızla düşmənlərin türk millətinə qarşı uyudurmaları ifşa və planları iflasa uğrayacaq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

 

Həmçinin yoxlayın

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) 1 Xordad qiyamı ilə bağlı bildirişi

GADTB: Şübhəsiz hər millətin keçmişində böyük və tarixini dəyişdirən hadisələr olmuşdur. Güney Azərbaycanda türk millətinin …

Rejimin işgəncələrindən qaraciyəri sıradan çıxan Həkimə Əhmədi xəstəxanada yatırıldə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeddi aydan artıq bir müddətdə həbsdə işgəncə edilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir