Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bildirişi

GADTB: 1828-ci ildən işğalçı ölkələr tərəfindən parçalanmış Azərbaycanın və Azərbaycan türk milləti 1989-cu ilin sonlarında Quzey Azərbaycanın istiqlalını bərpa etmə ərəfəsində Azərbaycan Türk Millətinin Araz çayı boyunca tikanlı məftilləri və ümumiyyətlə sərhəd maneələrini dağıdaraq, həsrət yaşayan bacı-qardaşların görüşüb qucaqlaşması, parçalanmış Azərbaycan millətinin birləşmək istəyinin necə dərin köklərə malik olduğunu bir daha sübut etdi. Bu vasitə ilə Azərbaycanın Quzeyi və Güneyində yaşayan Azərbaycan türk milləti öz birlik  və həmrəyliyini əməldə göstərdi və beləliklə 31 Dekabr dünyada Azərbaycan türkünün birlik və həmrəylik simvoluna çevrildi.

Azərbaycanlıların həmrəyliyi deyiləndə Quzey və Güney Azərbaycanın birləşməsi və bütövləşməsi nəzərdə tutulur. Bu isə Gülüstan və Türkmənçay müqaviləsindən yüz illər keçsə də Azərbaycan türk millətinin  bu parçalanma ilə barışmadığını göstərir.

31 Dekabr milli birlik və həmrəylik bayramı kimi Azərbaycan tarixinə düşsə də, həm də bu millətimizin bütövlük uğrunda apardığı milli savaşının simvolik günü hesab edilir. Azərbaycan 200 ildir parçalanmış bir türk millətinin vətənidir. Bu millətin birləşmə istəyi nə qədər böyük olsa da, qarşısını kəsən maneələr də qat-qat böyükdür. 40 milyonluq Güney Azərbaycan türkü, əli silahlı irqçi fars  rejimin işğalı altındadır. Güneyin müstəqillik qazanıb, Bütöv Azərbaycanın yaranması bu birlik bayramının gerçəkləşdiyi gün olacaq. Bu yolda böyük milli-siyasi birlik və həmrəylik tələb olunur.

Azərbaycanın birliyi və həmrəyliyinə əsas maneə isə Azərbaycan torpaqlarının düşmənlər tərəfindən işğalda qalmasıdır. Qarabağın işğaldan azad edilməsi Azərbaycan dövləti ilə yanaşı bütün dünyada yaşayan Azərbaycan türk millətinin əsas amalı, məqsədi və vəzifəsidir. Lakin Qarabağı unutmadan və hər şeydən öncə bütün Azərbaycan türkü bilməlidir ki, Azərbaycanın böyük hissəsi olan Güney Azərbaycan tam işğaldadır. Qarabağ məsələsi ilə məşğul olub, Azərbaycanın güneyini unutmaq ciddi müsbət nəticə verməyəcək. Çünki, Güney Azərbaycanın tam müstəqil olması ilə Azərbaycan dövləti regionda əsas düşmənlərimizin qarşısında dayana biləcək böyük gücə çevrilib, Qarabağı da asanlıqla azad edə bilər.

 Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününü parçalanmış Azərbaycan türkünün həmrəylik və bütövləşmə prosesində çox mühüm bir hadisə kimi dəyərləndirərək, bu münasibətlə bütün Azərbaycan türklərini təbrik edir. Fikrimizcə millətimizin və vətənimizin əməldə tam bütövləşməsi uğrunda birlikdə mübarizə aparmaq hər bir Azərbaycan türkünün vəzifəsidir və GADTB bu istiqamətdə öz fəaliyyətinə davam edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın