Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik mesajı

GADTB: 31 Dekabr, 1828-ci ildən işğalçı ölkələr tərəfindən parçalanmış Azərbaycanın və Azərbaycan türk millətinin bütövləşmə və həmrəyliyinin təzahürüdür. 1989-cu ilin sonlarında isə Azərbaycan Türk Millətinin Araz çayı boyunca sərhəd maneələrini dağıdaraq, həsrət yaşayan bacı-qardaşların görüşüb qucaqlaşması, parçalanmış Azərbaycan millətinin birləşməyə istəyinin necə dərin köklərə malik olduğunu bir daha sübut etdi. Beləliklə 31 Dekabr dünyada yaşayan Azərbaycan türkünün birlik və həmrəylik simvoluna çevrildi.

31 Dekabr milli birlik və həmrəylik bayramı kimi Azərbaycan tarixinə düşsə də, həm də bu millətimizin bütövlük uğrunda apardığı milli savaşının simvolik günü hesab edilir. Azərbaycan 200 ildir parçalanmış bir türk millətinin vətənidir. Bu millətin birləşmə istəyi nə qədər böyük olsa da, qarşısını kəsən maneələr də qat-qat böyükdür. 40 milyonluq Güney Azərbaycan türkü, əli silahlı irqçi fars  rejimin işğalı altındadır. Güneyin müstəqillik qazanıb, Bütöv Azərbaycanın yaranması bu birlik bayramının gerçəkləşdiyi gün olacaq. Bu yolda böyük milli-siyasi birlik və həmrəylik tələb olunur.

Azərbaycanın birliyi və həmrəyliyinə əsas maneə isə Azərbaycan torpaqlarının düşmənlər tərəfindən işğalda qalmasıdır. Qarabağın işğaldan azad edilməsi Azərbaycan dövləti ilə yanaşı bütün dünyada yaşayan Azərbaycan türk millətinin əsas amalı, məqsədi və vəzifəsidir. Lakin Qarabağı unutmadan və hər şeydən öncə bütün Azərbaycan türkü bilməlidir ki, Azərbaycanın böyük hissəsi olan Güney Azərbaycan tam işğaldadır. Qarabağ məsələsi ilə məşğul olub, Azərbaycanın güneyini unutmaq ciddi müsbət nəticə verməyəcək. Çünki, Güney Azərbaycanın tam müstəqil olması ilə Azərbaycan dövləti regionda əsas düşmənlərimizin qarşısında dayana biləcək böyük gücə çevrilib, Qarabağı da asanlıqla azad edə bilər. Digər tərəfdən isə vətənin bir parçasını önə çəkib digər daha böyük parçasını unutmaq düzgün olmaz. Böyük millətimizin və vətənimizin bütövlüyü hər şeydən önəmlidir. Qarabağın azadlığı Güneyin azadlığından keçir. Güneyin də, Qarabağın da azadlığını unutmaq olmaz və hər ikisi də bizə mühümdür. Azərbaycan türkünün həqiqi birliyi və həmrəyliyi Azərbaycanı və dövlətimizi qorumaq, eləcə də vətənimizin bütün hissələrini düşmənlərin əlindən qurtarmaqdan keçir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bütün Azərbaycan türklərini təbrik edib, böyük millətimizi Azərbaycanın həqiq bütövləşməsi uğrunda səylərini birləşdirməyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın