Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər bəy Tağızadənin işğalçı İranda son vəziyyətlə bağlı bildirişi

GADTB: Dəyərli Güney Azərbaycan türkləri, Güney Azərbaycan fəalları!

İran adlanan ölkədə islahatçılar və şahçılar qədər irticaçı molla rejimi də Güney Azərbaycanın və Güney Azərbaycan türkünün düşmənidir. Həm pəhləvi rejimi, həm də molla rejimi Azərbaycan millətini soyqırıma məruz qoyublar. Azərbaycan türkü bunların hamısının zülmünü təcrübə edib və yaranan hər fürsətdə öz azadlığı və müstəqilliyi üçün çalışmalıdır.

Bu gün irticaçı molla rejiminin dayaqlarının laxladığı vaxtda Azərbaycan Türk Milləti öz müstəqilliyini əldə etmək üçün yaranan fürsətdən düzgün yararlanmalıdır. Müxtəlif xalqların etirazlara başladığı vaxtda Azərbaycanın özünün kənarda saxlaması, molla rejiminə yardım etməklə yanaşı, həm də istiqlal mübarizəsində lazımi fəallığın yaranmamasına gətirib çıxara bilər. Yaranan bu fürsətdə ancaq irticaçı molla rejiminin təhlükəsizlik orqanları Azərbaycanı bu etirazlardan kənarda saxlamaq üçün Güney Azərbaycana susqunluq taktikasını aşılaya bilər.

Güney Azərbaycan əlbəttə fars və digər xalqların arxasınca getnəməlidir. Lakin Güney Azərbaycanın öz yolu vardır və o da müstəqillik yoludur. Güney Azərbaycan öz məqsədi və öz şüarları ilə daim meydanda olmalı və aparıcı qüvvəyə çevrilməlidir. Belə olmadığı təqdirdə düşmən qüvvələr milli hərəkatın yerini tuta bilər. Həm də Azərbaycanın susqunluğu Antiazərbaycan qüvvələrin, o cümlədən də şahçı, islahatçı və s. qüvvələrin Azərbaycana ayaq açmasına gətirib çıxarar.

Müstəqillik kimi taleyüklü məsələyə hər zaman şərait olmur. Ona görə də yaranan bu fürsəti əldən buraxmamaq lazımdır. Yaranan bu fürsətdə Güney Azərbaycan türkü yalnız öz şüarı və bütün qüvvəsi ilə, öz məqsədi uğrunda meydanlarda olmaqla Güney Azərbaycanı azadlığa və müstəqilliyə çatdıra bilər. Güney Azərbaycan öz aydın gələcəyi üçün irqçi və işğalçı fars rejiminə və onun üzdəniraq müxalifətinə yox dediyi kimi susqunluq taktikasını aşılayanlayanlara da yox deməli və sırf Güney Azərbaycanın müstəqilliyi üçün kütləvi etirazlara başlamalıdır.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın