Bazar ertəsi , Oktyabr 14 2019
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Bir Xordad qiyamının ildönümü ilə bağlı bildirişi

GADTB: Britaniya və xarici güclərin çevrilişi və irqçi farsların türk ərazilərində və Güney Azərbaycanda hakimiyyətə gətirilməsi nəticəsində faktiki olaraq Güney Azərbaycan farsların əsarəti altına salındı. Lakin Güney Azərbaycanda türk milləti bu işğal və əsarətlə barışmayıb, özünün azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə davam edib, 1945-ci ildə Azərbaycanın bir hissəsində öz dövlətini bərpa edə bildi. Bu dəfə isə Şərq və Qərb blokunun birbaşa və ya dolayı yardımı ilə yenə irqçi farslar Güney Azərbaycanı işğal etdilər.

1925-ci ildən başlanan işğal, assimilyasiya və irqçi fars rejiminin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda türk milləti bütün təbii haqqlarından məhrum edilib, tarixi, mədəniyyəti və dili danılıb və bu gün də bizi bir millət olaraq yox etmə siyasətini kəskin şəkildə davam etdirirlər.

Onlar Azərbaycanın böyük türk millətini faşistcəsinə kiçik qövm kimi göstərməyə çalışıb, ölkəmizi talan edərək, bütün yeraltı və yerüstü milli sərmayələrini fars bölgələrinə daşıyırlar.

Eyni zamanda bütün media imkanlarından faydalanaraq çalışmışlar ki, millətimizi cahil, geriçi və… göstərib, dil və kültürümüzə qarşı ağır təhqiredici veriliş və filmlər hazırlasınlar.

2006-cı ildə irqçi və işğalçı fars dövlətinin rəsmi orqanı olan «İran» qəzetində təhqiredici bir karıkatur ilə ən çirkin və qeyri-insani şəklidə millətimizi təhqir edib və həqiqi irqçi və faşist sifətlərini göstərərək milli varlığımızın necə yox etmək strategiyasını yayınladılar. Bu iyrənc və təhqir üsulu ilə azərbaycanlı uşaqların beyinlərini yumaq siyasəti artıq millətimizin səbir kasasını daşırdı.

Milyonlarca Azərbaycan türkü küçələrə axışaraq, “Haray-haray mən türkəm!” deyib, öz varlığına sahib çıxdıb, işğalçi fars rejimin apardığı inkar və assimilyasion siyasətini boşa çıxardılar.

Bir Xordad qiyamında millətimiz işğalçılıq, irqçilik və müstəmləkəçiliyə qarşı üsyan qaldırıb, göstərdi ki, kimsə onun mənliyini tapdalayıb, təhqir edə bilməz.  Minlərlə Azərbaycan türkü yaxalansa da, onlarca şəhid verən, yüzlərlə insanı yaralanan xalqımız bir daha dünyaya göstərdi ki, Azərbaycan türk milləti öz müstəqlliyi uğrunda mübarizəsini davam etdirməkdədir.

Şübhəsiz Güney Azərbaycanın 1 Xordad qiyamı Azərbaycan tarixində qızıl bir səhifə açdı və müstəqillik uğrunda mübarizəmizin mühüm bir mərhələsi kimi qeyd edilməkdədir. Güney Azərbaycanda millətimiz şəhidlərimizin amalını və yolunu diri saxlamaq məqsədilə çox mühüm tədbirlər keçirirlər. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 1 Xordad qiyamının şəhidlərinin yolunu sədaqətlə davam edib, Güney Azərbaycanda millətimizin mübarizəsini və keçirdiyi tədbirləri dəstəkləyir və inanır ki, bu mübarizə gec-tez Güney Azərbaycanın müstəqilliyi və azadlığı ilə sonuclanacaq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

PKK-çılar qorxudan əsir düşdüklərini etiraf etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusunun Suriyada PKK/YPG qruplaşmasına qarşı apardığı “Sülh …

Türk ordusu Tel Abyadin mərkəzini YPG/PKK terrorçularından təmizlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tel Abyad mahal mərkəzi tamamilə YPG/PKK terrorçularından təmizlənib. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir