Çərşənbə axşamı , İyun 25 2019
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) fars molla rejiminin azərbaycanlı fəalları həbs etməsi ilə bağlı bildirişi

GADTB: İrqçi fars molla rejiminin dayaqlarının laxladığı bir vaxtda, heç bir günahı olmayan onlarla azərbaycanlı fəalı iş yerində və ya öz evində yaxalayaraq, həbs etmişdir. Buna səbəb azərbaycanlıların sivil Babək Qalası Qurultayına hazırlaşması olub. İşğalçı fars rejiminin Babək Qalası Qurultayı kimi dinc və mədəni bir toplantıya belə, sırf Azərbaycanla bağlı olduğu üçün, ciddi dözümsüzlük göstərməsi, bu rejimin bir daha nə dərəcədə anti-türk və anti-Azərbaycan olmasını sübut etməkdədir.

İqtisadi böhranlar, xarici sanksiyalar, bütün bölgələrdə əhalinin rejimə qarşı ciddi etirazları, rejimin öz daxilindəki parçlanmalar və bütün bunların fonunda işğalçı İran rejiminin hər bir şeyi buraxıb azərbaycanlıların sivil fəaliyyətinin qarşısını almağa düşməncəsinə çalışması rejimin Azərbaycandan nə qədər çəkindiyini göstərir. Hələ baş tutmamış bir faəliyyətə qarşı bu cür hücumlar, fəalların həbsi molla rejiminin həqiqi mənada türkün varlığına və onun mədəniyyətinin təzahürünə qanlı düşmən kimi qarşı olduğunu sübut edir.

Əlbəttə işğalçı fars rejimi etdiyi təzyiqlərlə heç nə əldə edə bilməyəcək. Çünki xalqımız artıq oyanıb və öz yolunu seçibdir. Azərbaycan türk millətinin yolu Azərbaycanın müstəqilliyidir. Fars rejiminin bu hərəkətləri bir daha sübut etdi ki, azərbaycan türk millətinin bu müstəmləkəçilikdən qurtulub, müstəqil olmaqdan başqa bir yolu qalmamışdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) irqçi fars rejiminin Azərbaycan millətinə qarşı bu düşmənçiliyi və azərbaycanlı fəalları həbsi etməsini pisləyir və həbs edilən azərbnaycanlı fəalların dərhal azad edilməsini tələb edir. Azərbaycan türk millətini isə müstəmləkəçi fars rejiminə qarşı birləşib Azərbaycanımızı müstəqil etmək uğrunda birlikdə mübarizə aparmağa çağırırıq.

Güney Azərbaycan Demokratik Türk Birliyi

Həmçinin yoxlayın

Qədim Azərbaycan şəhəri Həmədanda azərbaycanlı aşıq Heydər Mahmudi vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qədim Azərbaycan şəhəri olan Həmədanda tanınmış azərbaycanlı aşıq …

Tramp irqçi fars rejimə zərbə endirməyə tam səlahiyyətinin olduğunu deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Hill” qəzetinə müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir