Şənbə , May 30 2020
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı bildirişi

GADTB: 31 yanvar Azərbaycan türk millətinin dahi öndəri, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, böyük türkçü, ictimai xadim və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.

Məhəmməd Əmin Rəsulzadə Türk dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. Bu gün müstəqil Azərbaycan Respublikası sırf Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ömür sürməsinə və Qızıl Ordunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, M.Ə.Rəsulzadənin qurduğu demokratik Azərbaycan dövləti insanlara çox böyük hüquq və azadlıqlar vermişdi. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində döyüş qabilliyətinə malik Azərbaycan ordusunu təşkil etmiş, dövlət quruculuğunun bütün sahələrində səmərəli iş aparılmış və yeni, milli tələblərə və demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurulmuşdu. Müstəqil Azərbaycanın bayrağı, himni və digər dövlət atributları Azərbaycan Xalq Cümhuriyyətində qəbul edilmiş, Azərbaycanın tarixində ilk universitet – Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində Azərbaycan türk millətinin sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra önəmli işlər görülmüşdür. Məhəmməd Əmin bəy Rəsulzadə Azərbaycan türk millətinin müasir dövr dövlətçiliyinin və dövlətinin banisidir

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) müstəqil Azərbaycan Respublikasını M.Ə.Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təkcə quzeyli soydaşlarımızın deyil, bütün dünya azərbaycanlılarının dövləti hesab edir. Bu dövlət Güney Azərbaycanda müstəqil Azərbaycan dövlətinin və ümumiyyətlə Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi, ideya qaynağıdır. GADTB Güneyimizin milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda görüb Azərbaycan Xalq Cümhuriyətini özünə nümunə  hesab edir, M.Ə.Rəsulzadənin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilli və Bötüv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir.

Əjdər Tağıdazə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

İrqçi fars-molla rejiminin Səhər televiziyası Qərbi Azərbaycanı Kürdüstan adlandırdı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Antiazərbaycan “Səhər” televiziyası Qərbi Azərbaycanı …

ABŞ Rusiyadan Qafqazda işğalı dayandırmağı tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Rusiyadan tələb edib ki, Qafqazda işğallara son …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir