Çərşənbə axşamı , Aprel 23 2019
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Türkiyənin Cümhuriyyət günü münasibətilə təbrik mesajı

GADTB: Bu gün 29 oktyabr Türk Dünyasının güclü ölkəsi və dünya türklərinin ümid yeri – Türkiyədə Cümhuriyyət Günü qeyd edilir.

Dünyanın böyük dövlətlərinin Osmanlı dövlətinə hər tərəfdən hücuma keçməsi I Dünya müharibəsində böyük türk dövlətinin böyük hissəsinin işğalı ilə nəticələndi. Lakin Mustafa Kamal Atatürkün öndərliyində 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşı başlandı. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə türk milləti milli mücadilənin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Cümhuriyyəti elan olunub.

Türk Dünyasının böyük dövləti və türklərin ümid yeri Türkiyənin Cümhuriyyət bayramının təkcə Türkiyənin türk millətinin deyil, bütün dünya türklərinin bayramı olduğu kimsədə şübhə doğurmur. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu bayram münasibətilə Türkiyə dövlətini, türk millətini və ümumiyyətlə Türk Dünyasını təbrik edib və Türkiyənin daha da güclənməsini arzu edir. Güney Azərbaycan Türk Cümhuriyyətinin yaranması millətimizin və Güney Azərbaycan Demokratik Türk Birliyinin əsas amacıdır və bu istiqamətdə haqlı mübarizəmiz davam edir.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Rusiya İşğalçı Ermənistana modern qırıcılar yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasına …

İrqçi fars rejim azərbaycanlı fəal Səhənd Məaliyə 10 aylıq həbs cəzasını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Səhənd Məaliyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir