Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xocalı soyqırımı barədə bildirişi

GADTB: Fevralın 25-də erməni silahlı qoşunu SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edərək, şəhəri hər tərəfdən mühasirəyə aldılar. Ermənilər axşam çağından şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutdular. Hər tərəfdən mühasirə alınmış dinc əhali, uşaqlar, qadınlar, yaşlıların bir hissəsi ermənilərin atəşi nəticəsində qətliam edildi. Fevralın 26-ı səhər saat 5-də şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq şəhəri yerlə yeksan etmiş erməni qoşunu və rus motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdub, onları qəddarlıqla soyqırıma məruz qoymuşlar.

Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi.

Ermənilərin Azərbaycan türk millətinə qarşı soyqırım siyasəti tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə iki yüz ildən çox bir müddətdir davam edir və 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə bu soyqırəm siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı soyqırımın qurbanı olmuşdur. 1918-ci ildə təkcə Güney Azərbaycanın qərb bölgəsində- Urmiya, Salmas və Xoy ərazilərində ermənilər rəsmi statistikaya görə 200 min Azərbaycan türkünü soyqırımla məhv etmişlər.

Ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı və işğal siyasətinin günümüzdə də davam etməsini nəzərə alan Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

İşğalçı fars rejim milli fəalın avtomobili və mobil telefonunu müsadirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim dünən Təbrizdə mərhum Əziz Purvəlinin …

Terrorçu sepah komandanı ABŞ-ı təyyarə daşıyan gəlilərini batırmaqla hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Terrorçu sepah komandanı Murtaza Qurbanı ABŞ-ı təyyarə daşıyan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir