Cümə , İyul 19 2019
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər Tağızadənin AXC-nin 100 illiyi münasibətilə təbrik mesajı

GADTB: Bu gün türk dünyasında ilk cümhuriyyət idarə üsulu olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. 100 il öncə millətimizin dahi oğulları Azərbaycanın quzey hissəsində 1918-ci il may ayının 28-də Türk Dünyası və ümumiyyətlə Şərq aləmində ilk demokratik, plüralist və dünyəvi Azərbaycan dövlətini yaratdı. Əslində Məhəmməd Əmin bəy Rəsulzadənin, Fətəli xan Xoylunun və digər qurucuların birlikdə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan türk millətinin çoxəsrlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında müasir dövrdə davamı olmuşdur. Bu münasibətlə Azərbaycan dövlətinin rəhbərliyini, böyük türk millətini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Türk dünyasında ilk demokratik parlamentli cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrün şərtləri çərçivəsində cəmi 23 ay ömür sürməsinə və rus Ordusunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, bu demokratik Azərbaycan dövləti Azərbaycan türk millətinin gələcək dövlətçiliyi üçün əvəzsiz işlər görmüşdur.

Azərbayan Xalq Cümhuriyyətinin varisi kimi müstəqil Azərbaycan Respublikası təkcə quzeyli soydaşlarımızın deyil, bütün dünya azərbaycanlılarının dövlətidir. Bu dövlət Güney Azərbaycanda dövlətin və Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi, ideya qaynağıdır. Güney Azərbaycanda Azərbaycan türkləri Güneyimizin milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda gördükləri üçün Xalq Cümhuriyətini özlərinə nümunə  hesab edirlər.

Cümhuriyyətimizin 100 ili qutlu olsun!

Həmçinin yoxlayın

GADTB-nin Ərbildə türk diplomatlara terror hücumunu pisləməsi ilə bağlı sayın Mikayıl Oytanın məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr …

Körfəz də rejimin terrorçu sepah təşkilatı yeni neft gəmisi opğurlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Körfəz də irqçi fars rejimin terrorçu sepah təşkilatı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir