Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyi İsveç Parlamentində konfrans keçirdi – Video-Şəkil

GADTB: 2018-ci il may ayının 23-də İsveç vaxtı ilə 12:30-dan 15:00-dək İsveçin paytaxtı Stokholm şəhərində İsveç parlamentində Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİP, GAMYT, VMAC, GADTB təşkilatlarının) təşəbbüsü ilə parlamentdə görüş və “Güney Azərbaycan problemləri və istiqlala gedən yol” adlı konfrans keçirildi. Konfransda qeyri-fars millətlərin də təmsilçiləri iştirak edib.

Tədbirdə Güney Azərbaycan İstiqlalçılar Birliyinin başqanı Əjdər Tağızadə çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan türk millətini təbrik edib və cümhuriyyətin qısa tarixçəsinə toxunaraq, Azərbaycan türk millətinin 100 il öncə Azərbaycanın quzeyində Azərbaycan Xalq Cümhuriyyətini qurmaları, lakin 23 aydan sonra Rusiyanın bu dövləti işğal etməsi və nəhayət XX əsrin 90-cı ilinin əvvəllərində xalqımızın Azərbaycan Cümhuriyyətini yenidən bərpa etməsini qeyd etdi.

Əjdər Tağızadə həmçinin 2006-cı ildə Güney Azərbaycanda 2 Xordad qiyamına toxunaraq, Tehran rejiminin Azərbaycan türk millətinə qarşı işğalçı, ayrı-seçkilik, antitürk və Antiazərbaycan əməllərinin mahiyyətini geniş şəkildə açıqladı. Azərbaycan türk milləti Rusiya işğalına boyun əymədiyi kimi, Güney Azərbaycanda çox sayda şəhid versə də Tehran rejiminə də boyun əyməmişdir. İndi də fars şovinizminin basqısı və işğalına boyun əymir və çalışırlar Güney Azərbaycanın istiqlalı və suverenliyini əldə etsinlər. Biz müstəqilliyimiz uğrunda mübarizə aparırıq, müstəqillik tərəfdarıyıq və İran adlanan yerin parçalanması labüddür.

Tədbirdə həmçinin İraq, Suriya, Yəmən, Ələhvaz və s. məntəqələrdən olan və müxtəlif Avropa ölkələrindən gəlmiş ərəb fəallar da iştirak edərək, çıxışlarında Tehran rejiminin  terrorçu mahiyyətini ifşa edərək, qeyri-fars millətlərə, türklərə və ərəblərə qarşı işğalçı və basqısına toxunaraq, Tehran rejiminin bu siyasətə son qoymasını tələb etdilər.

Azərbaycan Respublikasının Qafqaz Araşdırmalar Mərkəzinin başqanı sayın Səftər Rəhimli Quzey Azərbaycandan bu tədbirdə iştirak edib. O da beynəlxalq hüquq çərçivəsində azərbaycanlıların hüquqlarına toxunub, onların hüquqlarının pozulduğuna təkid etdi. Azərbaycanlıların başqa qeyri-fars millətlərlə haqlı mübarizədə əməkdaşlığını alqışladı.

İsveçdə fəaliyyət göstərən Federasiyanın sədri Səttar Sevgin də bu tədbirdə iştirak edib. Azərbaycan həqiqətlərini İsveç ictimaiyyətinə çatdırmağa çalışdı. Güney Azərbaycan İstiqlalçılar Birliyinin fəaliyyətinə toxunaraq, bu birliyi alqışlayıb birliyin zərurətinə təkid etdi.

İsveçdən Modrat partiyasından millət vəkili Cecilla Magnusson çıxış edərək, İsveç dövlətinin və özlərinin insan haqları, xalqların öz müqəddəratını təyin etmə barədə öz mövqeyini açıqladı. Parlament üzvü GAİB-in təşəbbüsünü müsbət qiymətləndirərək təşkilatin gələcək fəaliyyətində uğurlar arzulayıb.

Güney Azərbaycan İstiqlalçılar Birliyinin təşkilatçılıq və rəhbərliyi ilə keçirilən konfransda GAİP Avropa təmsilçisi Səməd Fərtaş və Yuteboridən Səid bəy də tədbirin təşkilində fəallıq göstəriblər.

Qeyd edək ki, may ayının 21-də bazar ertəsi Güney Azərbaycan İstiqlalçılar Birliyini təşkil edən təşkilatların rəhbərliyi, yəni təşkilatın başqanı Əjdər Tağızadə, eləcə də Saleh İldırım və Aydın Maralanlı birlikdə İsveç Xarici İşlər Nazirliyində olmuş və İsveç Xarici İşlər Nazirliyinin Orta Şərq və İran adlanan yer üzrə nümayəsi ilə görüşüb fikir mübadiləsi aparmışlar.

İsveç Xarici İşlər Nazirliyinin Orta Şərq və İran adlanan yer üzrə məsulu ilə baş tutan görüşdə Güney Azərbaycan İstiqlalçılar birliyinin başqanı sayın Əjdər Tağızadə Güney Azərbaycan həqiqətləri barədə İsveçli rəsmilərə məlumat vermişdir. Başqan Güney Azərbaycanda türklərin qədim tarixə malik olduğu, 40 milyona yaxın Azərbaycan türkünün İran adlanan ölkənin işğalında olan Güney Azərbaycanda yaşadığı və bütün hüquqlarından məhrum edildiyi barədə məlumat vermişdir.

GAİB-nin rəhbərlərindən sayın Saleh İldırım isə bildirib ki, İran 1946-cı ildə Güney Azərbaycanı işğal edib və soyqırım törədib. Bu gün xalqımıza qarşı mənəvi soyqırım siyasəti davam edir. Azərbaycanlıların bütün hüquq və azadlıqları tapdanıb.

GAİB-nin rəhbərlərindən sayın Aydın Maralanlı isə Güney Azərbaycanda azadlıq uğrunda hərəkatdan danışaraq, xüsusilə son illərdə davam edən Güney Azərbaycanda Hərəkatından məlumat vermiş, 40 milyon Azərbaycan türkünün bütün hüquqlarından məhrum edildiyini vurğulamışdır. O qeyd etmişdir ki, İsveç dövləti Güney Azərbaycanla bağlı bu həqiqətləri nəzərə almalıdır.

İsveç Xarici İşlər Nazirliyinin Orta Şərq və İran adlanan yer üzrə məsulu isə bildirdi ki, İsveç rəsmiləri hər zaman BMT-nin insan haqları təşkilatlarında İranda, eləcə də insan haqları pozulan s. ölkələrdə insan haqları məsələsini gündəmə gətirir. İran adlanan yerdə rejimin məsulları ilə görüşəndə də insan haqları məsələsi önə çəkilir. O sonda qeyd etdi ki, biz sizinlə hər zaman Güney Azərbaycan məsələsi ilə bağlı fikir mübadiləsi aparacağıq. Siz də hər zaman istəsəniz bu barədə bizimlə görüşə və bizə Azərbaycan həqiqətlərini çatdıra bilərsiz. Biz də öz işlərmizdə bunu nəzərə alarıq.

https://www.facebook.com/100024791928607/videos/179533799549683/

https://www.facebook.com/100024791928607/videos/178824206287309/

 

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın