Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin Azərbaycan milli hərəkatına sızdırılan irançılarla bağlı bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) Azərbaycan milli hərəkatına sızdırılan irançılarla bağlı bildiriş yayıb. Bildirişdə deyilir:

“Hörmətli vətəndaşlar

Hər cəhətdən iflas olub, ömrünün sonu gəlmiş irqçı, terrorist Tehran rejiminin yaratdığı cəhənnəmin şahidi sizlərsiniz. Hər keçən gün hər sahədə artan və dözülməyəcək ağır şərait altında yaşamaq zorundasınız. Bu mövcud vəziyyət dinsiz, əxlaqsız terrorist rejimini ilgiləndirmir. Xüsusilə rejim  özü də ömrünün sonu gəldiyini dərk edir. Elə buna görə də hər gün rejimin içındə sürtüşəmə və paylaşma davalarının şahidi oluruq. Əlbətə ölkə xaricində də, sözdə İran muxalifəti içində də rəqabət və alternativlik yarışları südürülməkdədir. Təəsüflə sözdə özlərini azərbaycanlı bilən amma özlüyünü itirmiş və assimilyasiyaya uğramış bəziləri irançılara yaltaqlanmaqla və qulluqçuluq etməklə özlərinə bir pay çıxmaq istəyirlər.

Bu çox sevindiricidir ki, Azərbaycan örtüyü altında milli hərkətə sızmış, yaxud siızdırılmış özümüzdən olan irançıların get-gedə ovucları açılmaqdadır. Onlar öz həqiqi üzlərini göstərib, irançı fars irqçiləri ilə bir ağızdan danışırlar.

Sözdə özlərini «türkçü, millətçi», adlandıran və «İran türklərinin» qəyyumu sayan bu ağalar «amandır İran» dağılmasın deyirlər, onlar irqçı farsların müstəmləkəsində, işğalı altında yaşamağı müstəqil və azad yaşamaqdan üstün tuturlar. Diqqəti çəkən budur ki, bu özünə, özlüyünə qənim kəsilnlər, irançıların hər iki cəbəhəsində mövcuddurlar, xüsusilə keçən son il ərzındə bu qruplaşmalar aydınca gözə çarpmaqdadır .

Millətimiz bu ağaların, necə deyərlər İran (fars) muxalifətinin, yaxud mücahıidlərin, şahçıların və onların ayrı adlar altındakı qruplarının peşinə düşüb, hətta buyunlarına İran xəritəsini asıb, irqçı farsların «Ey İran ey mərzi por gühər» himnlərini oxumalarının şahididir.

Ortaya atılmış bir noxud kimi kimi millətimizin düşmənləri ilə oturub, Azərbaycan millətinin adından danışırlar, alverçilik edirlər. Millətimizin soruşma haqqı vardır kı: sizlər kimlərsiniz, bu haqqı kim sizə vermişdir ki, Azərbaycan milləti adından danışasınız?

Təbii olaraq soruşa bilərlər ki, irançılığı müdafiə edən, millətmizin düşmənlərilə oturub  durub, onlardan mərhəmət dilənənlər, özlərini millətçi Azərbaycançı, türkçü adlandıra bilərlərmi?

Azrbayançılığa əməldə arxa çevirən bu ağaları, irançıların hər iki cəbhəsində (hakimiyyət və müxalifət) görmək mümkündür. Hər ikisi də İran adlanan millətlər dustaqxanasının dağılmasını istəmirlər. Sözdə bizimkilər, amma əməldə irançılarla birgə (istiqlalçıların) əleyhinə birlikdə hərəkət etməkdədirlər. Bir tərəf gələcək hakmiyyətdən pay almaq və o biri tərəfdən də mövcud hakmiyyəti qorumaq üçün milli hərəkətin içinə sızmış və sızdırılmışlar.

Mücahid və səltəntçilərlə birlikdə başqa bir İran qurmalıyıq deyərkən, başqa tərəfdən də ETTELAAT-ın göstərişi ilə bu fikri yaymağa çalışırlar ki, İran müxalifəti hakmiyyətə gəlirsə zəifləmiş bu rejimin yerində möhkəm bir paniranıst dövlət yaranacaqdır. O zaman türklərə daha da çox divan tutulacaq. Beləliklə keçən 40 ildə, millətimizə qarşı düşəmənçilyini sübut edib, ölkəmizi darmadağın edən, millətimizə qan qusduran rejimi qorumağa çalışırlar.

Amma dünyamız dəyişmişdir, hər iki tərəf də bilir ki, bu rejim İran üçün son rejim olacaqdır. İran adlanan yerdə istər daxildən, istərəsə də eşikdən aparılan bir dəyişiklik bugünkü şəraitin davamına icazə verməyəcəkədir. Güney Azərbaycan türkü və başqa fars olmayan millətlərə öz hüquqlarını əldə edib, öz dövlətlərini qurmaq üçün şərait yaranacaqdır.

Biz Azərbaycan istiqlalçıları buna inanırıq ki, millətimizin iradəsinə dayanaraq müstəqil Güney Azərbaycan dövləti qurulacaqdır, ancaq üzü qaralıq özgələrin peşinə düşən millətimizin düşəmənlərinə yaltaqlıq edənlərə qalacaqdır.

Nəticə etibarı ilə Güney Azərbaycan milli hərəkatına sızmışları tanımaq çox da çətin deyildir, yetər ki onların ortaya atdıqları irançılıq şüarlarına baxılsın. Bu onları tanımaq üçün bir açardır: İrane emərüz, İrane fərda, irane dəmokratik, İran komunist, İrane fəderal, İran türkləri və s. bunlara bənzər İran sözü daşyian şüarlar, millətimizin düşmənlərinin şüarlardırlar. Millətimizi irqçı farsların, irançıların müstəmləkəsində, işğalında saxlamağa xidmət edirlər. Bundan başqa ayrı bir izaha ehtiyac yoxdur”.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın