Bazar , Noyabr 18 2018
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bildirişi

Böyük imperatorluqlar quran Azərbaycan türk milləti ruslarla Qacar dövlətinin müharibəsi nəticəsində parçalanmış və əsarətə düşmüşdür. Ancaq 100 il öncə millətimizin dahi oğulları Azərbaycanın quzey hissəsində 1918-ci il may ayının 28-də Türk Dünyası və ümumiyyətlə Şərq aləmində ilk demokratik, pluralist və dünyəvi Azərbaycan dövlətini yaratdı. Əslində Məhəmməd Əmin bəy Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan türk millətinin çoxəsrlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında çağdaş  dövrdə davamı olmuşdur.

Türk dünyasında ilk demokratik parlamentli cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrün şərtləri çərçivəsində cəmi 23 ay ömür sürməsinə və Sovet Ordusunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, bu demokratik Azərbaycan dövləti Azərbaycan türk millətinin gələcək dövlətçiliyi üçün əvəzsiz işlər görmüşdur. Bu gün də Azərbaycan Xalq Cümhuriyyəti müasir dövr Azərbaycan türk millətinin dövlətçiliyinin və dövlətinin bünövrəsini qoymuşdur. Bugünkü müstəqil Azərbaycanın bayrağı, himni və digər dövlət atributları Azərbaycan Xalq Cümhuriyyətində qəbul edilmişdir. Azərbaycan türk milləti müasir Azərbaycan dövləti və dövlətçiliyinin varlığını sırf Azərbaycan Xalq Cümhuriyyətinə və onu quran azərbaycanlı dövlət xadimlərinə borcludur.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində döyüş qabilliyətinə malik Azərbaycan ordusunu təşkil etmiş, dövlət quruculuğunun bütün sahələrində səmərəli iş aparılmış, parlament yaradılmış və yeni, milli tələblərə, demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurulmuşdu. Azərbaycanın tarixində ilk universitet – Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində Azərbaycan türk millətinin sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra önəmli işlər görülmüşdür.

Məhəmməd Əmin bəy Rəsulzadənin, Fətəli xan Xoylunun və başqa Azərbaycan oğullarının qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın çağdaş dövr dövlətçiliyinə əsas və bünövrə olmaqla yanaşı, sivil dünyaya da mütərəqqi dəyərlər töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətində insanlara çox böyük hüquq və azadlıqlar verilmişdir. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi.

Azərbayan Xalq Cümhuriyyətinin varisi kimi müstəqil Azərbaycan Cümhuriyyəti təkcə quzeyli soydaşlarımızın deyil, bütün dünya azərbaycanlılarının dövlətidir. Bu dövlət Güney Azərbaycanda dövləti və Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi ideya qaynağıdır. Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Azərbaycan Xalq Cümhuriyyətinin davamı olan müstəqil Azərbaycan Cümhuriyyəti dünya azərbaycanlılarının müstəqil dövləti hesab edərək, Cümhuriyyətin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqil və Bütöv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir.

Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) …

 

Həmçinin yoxlayın

Suriyada minlərlə döyüşçü Türkiyədən əmr gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusunun tərkibindəki “Həmzə” briqadası Türkiyənin Fəratın …

Ahıska türklərinin soyqırımı: “Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”- Müsahibə

GADTB: Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir. Stalin siyasətinə “xəyanət” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir