Cümə axşamı , Sentyabr 19 2019
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Traxturun yarışı ilə bağlı Traxtur tərəfdarlarına çağırışı

GADTB: Bir toplumu millət edən ortaq dili, tarixi, yaşadığı tarixi vətəni, kültür və mədəniyyətidir. Onu qürurlandıran isə ölkəsində olan demokratiya, ictimai ədalət, elm, iqtisadi gəlişmə, kültür və idmanda olan başarılarıdır.

İşğal altında və bir əsrə yaxın assimilyasiyaya məruz qalan Güney Azərbaycan türkü, Traxturu milli məqsədləri doğrultusunda görüb, ona milli takımı (komanda) kimi baxır, onunla qürur duyur. İrqçi rejim isə bütün imkanlarını səfərbər edərək, qeyri-əxlaqi və qeyri-hüquqi yollarla qəhrəman olmasına mane olmağa çalışır.

Keçən bildirişimizdə qeyd edildiyi kimi, onlar Traxturu uduzdurmaqla öz irqçi düşüncələrini qabağa aparıb, bizə uduzan bir millət olduğumuzu vurğulamaq istəyirlər. Son oyunda fars irqçiliyinin simvolu Perspolis Təbrizdə Güney Azərbaycanın mərkəzində öncədən bəlli olan qəhrəmanlığı əlan edərək, təhqir edici son zərbəni vurmağa hazırlaşmışlar. (21 Azər 1946-cı ildə çirkin anlaşmalar nəticəsində ağır silahları əlimizdən aldırdılar. Qazanmalarına əmin olduqdan sonra hücuma keçdilər və qələbələrini Təbrizdə şənlik etdilər. Bu gün də o çirkin əməllərini futbol oyununda da təkrar etmək niytindədirlər).

İrqçı rejim nə istəyir?

  1. Tamaşaçılar qatılmadan (qatılmalarına icazə vermədən) oyunun davam etməsinə çalışacaq. Beləliklə, Perspolisi qalib göstərib azərbaycanlıları öz vətənlərində təhqir edəcəklər.
  2.  Əgər tamaşaçı olursa da imkan daxilində çox olmasının qabağını almağa çalışacaq.

Biz nə etməliyik?

Düşmən bunu bilməlidir ki, bizim tək bir məqsədimiz vardır. O da qurtuluş mücadiləmizdə zəfər qazanmaq, müstəqiliyimizi əldə etməkdir. Və Traxtur bu istəkləri dilə gətirmək üçün bir imkandır!

  1. Tamaşaçıların iştirakına maneə yaradılırsa Təbrizin çeşidli meydanlarına toplanıb və etiraz etməklə rejimin oyunlarını puça çıxartmalıyıq.
  2. Əgr Stadiona tamaşaçı alınılərsa, oranı doldurub və hər zamankından daha uca, daha qətiyyətlə milli haqqlarımızı dilə gətirib, irqci hakimiyyətin çirkin oyunlarını ifşa etməliyk.

Yaşasın bağımsızlıq

Rəd olsun irqçi – işğalçı rejim

Həmçinin yoxlayın

HDP-nin rəhbərlik etdiyi bələdiyyələrin PKK idarə etsiyi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, HDP-nin rəhbərlik etdiyi bələdiyyələri sədrləri deyil, Qəndilin təyin …

Urmiyalılar Urmiya və Qərbi Azərbaycanda məktəblərdə türk dilinin tədrisini tələb etdilər-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada bir qrup valideyin, millət vəkili, müəllim, əsnaf …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir