Güney Azərbaycan İstiqlalçılar Birliyinin Güney Azərbaycanda millətimizə çağırışı

GADTB: Millətimiz öz, günlük həyatında ölkədə olan siyasi, iqtisadı və ictmai böhranın kəskinliyinin şahididir.

Qıtlıq, bahalılıq, işsizlik, millətimizin belini sındırmaqdadır. Hətta sıravı vətəndaşlarımız günlük yaşantılarını keçirmkdən belə aciz duruma düşməkdədirlər. Bütün bunlar 40 il islam köynəyinə bürünmüş irqçi ـ işğalçı rejimin məhsuludur. Bu ağır iqtisadi böhran yalnız işğal və müstəmləkədə olan Güney Azərbaycan və digər qeyri-fars millətləri yox, hətta fars milltini də etkiləməkdədir.

Son aylarda ictmaı, siyasi və iqtisadi böhran özəlliklə sözdə milli pulun devalvasiyası, yükmaşını sürücülərinin tətill və etirazları, eləcə də Amerika dövlətinin rejimə qarşı sanksiya və bir sıra hərəkətləri millətin səbrinin daşmasına səbb olmuşdur.

Keçən həftə içində başlayan etirazlar isə get ـ gedə vüsət almaqdadır. Bu günə kimi etirazlar daha çox fars bülgələrində baş tutmuş və qeyri-fars bölgələr, xüsusilə Güney Azərbaycanımızda mənalı olaraq, səssizliyin şahidi oluruq. Təbii olaraq, bu səssizlik cinayətkar rejimin təsdiqi mənasına gəlmir, tərsinə Azərbaycan 100 ildir ki, işğalçı hakimiyyətlərin əli altında ən ağır iqtisadı, siyasi, ictmai və kültürəl basqı altındadır.

Qəhrəman xalqımızın təmkinli hərəkət etməsi, məsələyə duyğusal yanaşmaması bizcə keçmişdən aldığı acı təcrübələrin nəticəsidir. Çünki, hər zaman məsələyə emosional və duyğusalcasına yanaşdıqda milli istəklərimiz fars hakimiyyətlərinin xeyrinə qurban verilmişdir. Bunun açıq nümunəsi şah rejiminin, Xomeyni rejimi ilə dəyişdirilməsidir. O zamanlar eyni bu gün kimi irqçi – işğalçı Pəhləvi sülaləsinə qarşı, öz milli mənafeymizi nəzərə almayıb, hərəkət etdiyimiz üçün, hakimiyyət dəyişsə də irqçi sistemin başqa bir ad ilə davam etməsi, millətimizin 40 il daha işğal altında qalmasına səbb oldu.

Keçmişdən dərs alan millətimiz bu dəfə küçə və xiyabanlara çıxdıqda daha Tehranda rejim dəyişməsi üçün, yaxud rejimin yerinə gəlmək istəyən tanınmış irqçilər üçün yox, bəlkə öz haqlarını əldə etmək üçün, mübarizə meydanlarına çıxacaqdır. Azərbaycan millətinin daha yolu bəllidir. İstəkləri də aydındır. Milli şüarımız Etimad demişkən: Bu dəfə yolumuz Tehrandan ayrılır. Müstəqil Güney Azərbaycan Cümhüriyyətini yaratmaq öz müqəddəratımızı öz əlimizə almaq üçündür. Təbii olaraq verilən şüarlarımız bu istiqamətdə olacaqdır. Yәni millətimiz səssiz qalmıyacaqdır, əksinə bu dəfə daha inamlı bütün mübarizə üsullarına dayanaraq, küçə və xiyabanlara çıxacaqdır.

Güney Azərbaycan İstiqlalçılar Birliyi millətimizin istək və beynəlxaq şərtləri göz qabağına alaraq, millətimizi öz şüar və milli istəkləri ilə irqçı rejim və onun sözdə opuzisionuna qarşı etiraza dəvət edir, şübhəsiz gələcək bizimdir. Unutmayalım hər yerdə və hər zamanda haqlarımızı istəmək haqqımızdır.

Yaşasın Azərbaycan

Rədd olsun irqçi – işğalçı rejim və onun sözdə opozisionu !

Güney Azərbaycan İstiqlalçılar Birliyi

Həmçinin yoxlayın

Türkiyənin dəstəklədiyi Liviya ordusu uğurla irəliləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin dəstəklədiyi Liviyada hökumət qüvvələri Sirt şəhərinin qərbindəki …

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri”

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri” GADTB: Məhərrəm Ergin (1925-1995)  – Türkoloq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir