Cümə , Sentyabr 20 2019
azfa

Güney Azərbaycan İstqlalçılar Birliyinin işğalçı fars rejimin Qarabağ təxribatına Güney Azərbaycanın kəskin cavabı barədə bildirişi

GADTB: Güney Azərbaycan milli hərəkatı bir oxla iki düşməni vurdu

İran fars işğalçı rejimi Azərbaycan  Cümhuriyyətinə təhdid mahiyyətli hərəkətinin güneydən cavablanacağını hesaba qatmadığı üçün Güneyin şilləsilə gicəllənmişdir.

İran fars işğalçı rejimi  Azərbaycan Cümhuriyyətinə gözdağı vermək amacıyla  Xocalı soyqırımı  günlərində  işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanı Tehrana dəvət edərək bir cox ticari, siyasi, iqtisadi və təhlükəsizlik müqavilələrinə  imza atdı. Üstəlik Qarabağı Ermənistan toprağı kimi göstərən eyləmlərdə bulundu. İranın fars işğalçı rejiminin bu əməlindən qəzəblənən Güney Azərbaycanın  qəhrəman gəncləri,  Güney Azərbaycanın başkəndi Təbrizdə Milli bayrağımızı dalğalandıraraq, bir oxla iki düşmanı tam isabətlə  ürəyindən vurdu.

Güney Azərbaycan gəncliyi bu cəsur hərəkətlə həm də bütün dünyaya Güney  Azərbaycanın İran olmadığını və Azərbaycan   milli bayrağının  əhatə dairəsini xatırlatdı.

Güney Azərbaycan milli hərəkatı bu əməllə  İran tabuların bir dəfəlik sındırıb, açıq formada istiqlalçı və bütövcu olduğunu tam  cəsarətlə ortaya qoydu. “Qarabağ bizimdir bizim olacaq!” sloqanı ilə Azərbaycanın bütünlüyünü qorumağa hazır olduğunu və hec br vəchlə bir qarış toprağını unutmayıb və unutdurmayacaqdır. Millətimiz açıqcasına Güneyin istiqlalı ilə yanaşı, Qarabağın azadlığı uğrunda da savaşa canı-dildən hazır oldugunu elan etmişdir.

Güney Bozqurdlarının şanlı bayrağımızı  Təbrizdə dalğalandırması Azərbaycan və Türkiyə Cümhuriyyətlərini də silkələyib oyatdı. Eyni zamanda Güney  Azərbaycan  milli  hərəkatını irançılığa sürükləməyə çalışanlara və eləcə də  milli hərəkata bayraq yamamaqla  başqa millət anlayışı yaradaraq bütövlüyümüzə təhdid edənlərə də  sərt cavab oldu.

Güney Azərbaycan İstqlalçılar Birliyi bu böyük qələbə münasibətilə  bütün  soydaşlarımızı təbrik  edib,  istiqlal uğrunda savaşda  cəsur  mübarizlərimizi  daha da diqqətli olmağa çağırır.

Rədd olsun işğalçı fars rejimi!

Var olsun müstəqil Güney Azərbaycan!

Həmçinin yoxlayın

Türk Şurasının Macarıstan ofisinin açılış mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Macarıstanın paytaxtı Budapeştdə  Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk …

Hoffman: “Aramko”ya hücumun məsuliyyətini İran daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Conatan Hoffman deyib ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir