Cümə axşamı , Fevral 20 2020
azfa

Güney Azərbaycan “Qarabağ bizimdir, bizim qalacaq” şüarı ilə ayağa qalxdı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 1 mart 2019-cu il Güney azərbaycanın Təbriz şəhərində 100 minə yaxın azərbaycanlı “Qarabağ bizimdir, bizim qalacaq” şüarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib, işğalçı Ermənistan və irqçi fars rejimin Tehranda Azərbaycanın ərazi bütövlüyünə qaşı cəhdini pislədilər.

Azərbaycanlı gənclər Təbrizin “Traxtor” futbol komandası ilə İsfahanın “Sepahan” komandası arasında keçirilən yarışda ermənilərin təxribatına qarşı üzərində “Karabakh is the land of Azerbaijan” (Qarabağ Azərbaycan ərazisidir) şüarı yazılmış banner qaldırıblar.

Azərbaycanlı gənclər həmçinin “Qarabağ bizimdir, bizim qalacaq”, “Azərbaycan bir olsun mərkəzi Təbriz olsun” və s. şüarlar səsləndiriblər.

Stadionda rejimin qüvvələrinin hücumuna rəğmən azərbaycanlı fəallar Ermənistan bayrağını yandırıb, Azərbaycan bayrağı qaldırıblar.

 

 

 

 

Həmçinin yoxlayın

Cavid Rəhman Güney Azərbaycanda insan hüquqları pozuntusu barədə hesabat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən çərşənbə günü, fevralın 19-da BMT-nin İranda insan …

Türk ordusunun İdlibdə geniş əməliyyata başladığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşşar Əsədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir