Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan və ətraf bölgələrin şəhərlərində hava çirkliliyi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan və ətraf bölgələrin şəhərlərində təhlükəli hava çirkliliyi davam edir. Tehran, Kərəc, Ərak, Təbriz, Qum, Urmiya və İsfahan kimi böyük şəhərlərdə hava çirkliliyi ilə bağlı məktəblər tətil edilib.

Son günlər 150 mikroqram kubmetri keçən hava kirliliyi ilə bağlı Tehranın simvollarından olan Milad qülləsi belə görünmür.

Həssaslığı olan və xəstə insanlar üçün təhlükəli səviyyədə olduğu bildirilən hava çirkliliyindən qorunmaq üçün maska taxan camaat hökumətdən mövzuyla əlaqədar ciddi addımlar atmasını istəyir.

Tehran bələdiyyəsi hava kirliliyini azaltmaq məqsədilə yük maşınılarının yola çıxmasıyla bağlı məhdudlaşdırmanı davam etdirməklə yanaşı bundan əvvəl müəyyən yollarda bir gün tək, bir gün cüt nömrəli avtomobillərin sürülmə tənzimləməsini bütün şəhərə tətbiq edib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın