Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Güney Azərbaycanda “Sulduz” futbol komandası liqadan uzaqlaşdırı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Sulduz” futbol komandası maliyyə sıxıntıları ucbatından liqa yarışlarının üçüncü dəstəsi ilə vidalaşıb.

Bu barədə “Sulduz” klubu İnstaqram səhifəsində məlumat paylaşıb.

“Təəssüf ki, komandanın üzləşdiyi maliyyə sıxıntıları və verilən vədlərin yerinə yetirilməməsi getdiyimiz yolu ikiqat çətinləşdirdi. Artıq bu yolu davam etdirməyə qadir deyilik! Gücümüz yox, üzümüz qaradır! Gözəl vətənim, qoy yalnız bunu deyim, başın sağ olsun Sulduz!”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Qərbi Azərbaycanın “Sulduz” və “Urmiyə 90” futbol komandaları, həmçinin voleybol komandaları yerli məsulların laqeyd münasibəti nəticəsində bir çox problemlə üz-üzə qalıb. Əsas səbəb də irqçi fars rejim və təyin etdikləri qeyri-yerli kürd vali və s. məsullardır. Belə ki, by vilayətin büdcəsi ancaq kürdlərə xərclənir və Azərbaycan komandaları diqqətdən kənarda saxlanılır.

Həmçinin yoxlayın

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

GADTB: Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha …

Bir cavab yazın