Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycanda tarixi buz anbarı yox olmaqla qarşı-qarşıyadır

GADTB-nin Mətbuat Mərkəzinin aznews-a istinadən yaydığı məlumata görə, Azərbaycanın tarixi sərvətlərindən olan Həmədanın Mir Fəttah buz anbarı yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Rejimin Mədəni İrs və Tarix Təşkilatı 10 ay bundan öncə tikilinin təmiri üçün sözü versə də, vədələrə əməl olunmayıb.

Yağan yağışlardan sonra bu tarixi abidənin tavanı çöküb və tamamən məhv olmaq üzrədir. Məlayir şəhərinin Mədəni İrs və Tarix Təşkilatının müdiri İbrahim Cəlili büdcələrinin azlığından danışıb. O, büdcələrinin 70 faiz azalmasına diqqət çəkib və bu hesabla Mir Fəttah buz anbarının təmiri üçün pul ayrılmadığını bildirib.

Cəlili son yağışlarda 500 milyon tümən xəsarət görən buz anbarının təmirinin çətin olmadığını bildirib. Büdcə verildiyi zaman təmirin ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Qacar dönəmindən yadigar qalan Mir Fəttah buz anbarı kərpicdən tikiləb günbəzli binadır və Məlaylir-Burucerd yolunun 2 kilometrliyində yerləşir. Bu buz anbrının iki giriş yeri var. Biri dəhliz şəklindədir və buz təxliyəsi üçün istifadə olunur. O biri isə insanların gəlib-getməsi üçün istifadə olunur.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın