Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycanda Universitet mədəni qurumları Yaşar Hüseynzadənin qanunsuz yaxalanmasını pislədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azəbaycanda Universitetlərin bir neçəsinin mədəni və öyrənci qurumları Təbriz Universitetində “Türk dili və ədəbiyyatı” ixtisası öyrəncisi Yaşar Hüseynzadənin qanunsuz yaxalanması pisləmiş və bununla bağlı bəyanat yayıblar.

Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyi, Mühəqqiq Ərdəbili Universitetinin Xətayi Mədəniyyət Dərnəyi, Zəncan Universitetinin İşraq Dərnəyi, Ərdəbil Tibb Universitetinin Araz Mədəniyyət Dərnəyi və Urmiya Universitetinin Azərbaycan Dərnəyi birlikdə yaydıqları bəyanatda azərbaycanlı öyrəncinin azadlığa buraxılmasını tələb ediblər.

Bəyanatda yazılıb: “Təbriz Universitetində “türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Yaşar Hüseynzadə Dəlir sentyabrın 22-də qeyri-insani bir şəkildə yaxalanaraq naməlum istiqamətə aparılıb. Yaxalanmasından bir neçə gün keçməsə də hələ də onun barəsində heç bir məlumat yoxdur.

Qeyd edək ki, “Türk dili və ədəbiyyatı” ixtisası qrupunun keçmiş müdiri bu ixtisası akademik çərçivədən çıxartmağa və onu təhlükəsizlik məsələsi kimi təqdim etməyə çalışırdı. Yaşar Hüseynzadə Dəlir isə ona qarşı mübarizə aparırdı və onun mübarizəsi əksər öyrəncilərin tələbi və universitetin qanunları çərçivəsində idi.

Konstitusiyanın 32-ci maddəsinə əsasən, heç kim qanuni məhkəmə qərarı olmadan yaxalamaq olmaz. Yaxalandığı təqdirdə isə yazalı şəkildə ittiham bildirilməli və 24 saat ərzində məhkəməyə müraciət edilməlidir.

Yaşar Hüseynzadənin yaxalanması isə tam qanunsuzdur və heç bir dəlil-sübut olmadan baş verib və yalnız bu ixtisasın öyrəncilərini qorxutmaq məqsədi güdür.

Öyrənci qurumlar sonda isə azərbaycanlı fəalın sağlamlığı ilə bağlı rejimin məsuliyyət daşıdığını və cəmiyyətə cavab verməli olduğunu xatırladıblar.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın