Güney Azərbaycanda Xoxanlar kampanyası cizgi filmi Azərbaycan türkcəsinə dublyaj edildi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Xoxanlar kampanyası animasiya filmi Azərbaycan türkcəsinə dublyaj edildi

Həmin cizgi filmi Güney Azərbaycanda “Kirpi” Müəssisəsinin təşəbbüsü və bir qrup azərbaycanlı gəncin əməkdaşlığı ilə dublyaj edildilərək geniş şəkildə yayılıb.

Amerikanın “Walt Disney” Şirkətinin istehsalı olan animasiya Səba Səbbağ və Babək Meynəqi tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib və dunlyajı bir il vaxt aparıb.

 Həmin çizgi filmini “Bayquş” saytından endirmək mümkündür.

Qeyd edöək ki, “Xoxanlar kampaniyası” Güney Azərbaycanda türkcə dublyaj edilən 5-ci cizgi filmidir. Bundan əvvəl “Super Qəhrəmanlar 2”, “Balaca rəis”, “Heyvanlar şəhəri” və “Oynatmalı nağılı 3” animasiyaları həmin gənclər tərəfindən dublyaj edilmişdir.

Cizgi filmlərin dunlajı üçün heç bir dövlət dəstəyi olmayıb və azərbaycanlı sənətkarların təşəbbüsü və səyi nəticəsində həyata keçirilib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın