Çərşənbə , Aprel 24 2024
azfa

Güney Azərbaycanda zəlzələ nəticəsində 80 kənd, 500 ev dağıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Şərqi Azərbaycan vilayətində bu gün baş verən zəlzələ nəticəsində 80 kənd və 500 ev dağılıb. Həmçinin rəsmi məlumata görə 6 nəfər ölüb (qeyri-rəsmi məlumata görə, 11 nəfər həlak olub), 380 nəfər isə yaralanıb.

Yaralılardan 17-si xəstəxanaya yerləşdirilib. Ölənlərin hamısı Miyana şəhəri ətrafındadır.

Zəlzələ nəticəsində 80 kənddə dağıntılar olub, 500 evə ciddi ziyan dəyib. Vərnkəş və Tərk ən çox zərər dəyən kəndlərdir. İndiyədək 57 avterşok qeydə alınıb.

Bölgədəki evlərin zəlzələyə davamlı olmaması dağıntının miqyasının artmasına səbəb olub. Həmçinin, zəlzələ bölgəsində xəstəxananın az olması ciddi problemlərə yol açıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın