Güney Azərbaycanın tarixi ərazisi Ərakda Azərab Şirkətinin etiraz edən işçilərinə zor tətbiq edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın tarixi ərazisi Ərakın Azərab Şirkətinin işçiləri oktyabrın 7-də  əmək təhlükəsizliyinin təmin edilməməsinə və əmək haqlarının təxirə salınmasına etiraz olaraq iki gün şirkətin ərazisində etiraz aksiyası keçiriblər. Lakin rejimin xüsusi təyinatlıları etiraz aksiyasını dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.

Azərab Şirkətinin narazı işçiləri aksiyanın ikinci günündə şirkətin ərazisini tərk edərək etirazlarını insanlara çatdırmaq istəyiblər. Lakin xüsusi təyinatlı qüvvələr yolu bağlayaraq buna mane olublar. Sosial şəbəkələrdə yayılan videolarda xüsusi təyinatlı etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb.

“Keşavərzi Bankı” Azərab Şirkətinin əsas səhmdarı kimi bu il sentyabrın 29-da səhmlərinin verilməsinə hazır olmadığını açıqlayıb. Avqust və sentyabr aylarının əmək haqqlarını almayan işçilər, özəl sektordan əl çəkilməsini və zavodun mülkiyyətinin Sənaye İnkişafı və Yeniləmə Təşkilatına qaytarılmasını tələb edirlər.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın