Şənbə , Mart 28 2020
azfa

Güney Azərbaycanın Traxtur komandası rəqibinə qalib gəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın Traxtur futbol komandası Səhənd stadionunda Şəhre Xodro komandasını 3-1 hesabı ilə məğlub etdi.

İran üzrə futbol klublarının super liqa yarışlarının 11-ci həftəsində təxirə salınmış oyun bu gün dekabrın 24-də Təbrizin Səhənd Stadionunda baş tutub.

3-1 hesabı ilə rəqibinə qalib gələn Traxtur komandası xallarının sayını 27-yə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Azərbaycanlı tərəfdarlar stadionda hər zaman olduğu kimi milli şüarlar səsləndirib. Onlar xüsusilə Azərbaycan türkcəsində təhsil tələbilə “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndiriblər.

Həmçinin yoxlayın

Türk həkimlər koronavirusun müalicəsində xüsusi üsuldan istifadə etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə həkimləri koronavirus xəstələrinin müalicəsi üçün fərqli üsuldan …

Mühacir kürdlər Urmiya ətrafında nadir növ ayını vəhşicəsinə öldürdülər – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana köçən mühacir kürdlər Urmiya şəhərinin ətrafındakı kənddə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir