Çərşənbə axşamı , İyul 14 2020
azfa

Güney Azərbaycanın Traxtur komandası tərəfdarları Azərbaycan bayrağını dalğalandırdılar- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur futbol komandasının Mazandaranda Qaimşəhrin Nəssaci komandası ilə yarışında Azərbaycan bayrağı dalğalanıb.

Qeyd edək ki, Güney Azərbaycanın Traxtur futbol komandası super liqa yarışları çərçivəsində qarşılaşdığı Mazandaran təmsilçisini öz meydançasında böyük hesabla məğlub edib.

Komandamız yarışların 7-ci həftəsində Qaimşəhrin Vətəni stadionunda keçirilən görüşdə qonağı olduğu “Nəssaci”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Traxtura qələbə qazandıran qollar 52-ci dəqiqədə Vilian Mimbella, 61 və 63-cü dəqiqələrdə Sasan Ənsari və 85-ci dəqiqədə Yukia Sugita tərəfindən vurulub.

 Traxtur həmin qələbədən sonra müvəqqəti cədvəlinin 1-ci pilləsində yükəslib.

Həmçinin yoxlayın

Fars mütəmləkəçiliyinin nəticələrindən; Şərqi Azərbaycanın 760 kəndinə içməli su şəbəkəsi çəkilməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanda müstəmləkəçiliyinin dəhşətli nəticələri …

Türkiyə daha bir əməliyyata başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terror təşkilatı PKK-ya qarşı Türkiyənin Şırnak rayonunun Cudi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir