Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadənin 15 Sentyabr Bakının erməni işğalından azad edilməsi münasibətilə bildirişi

GADTB: I Dünya müharibəsi ərəfəsində imperialist və antitürk dövlətlər- çar Rusiyası, İngiltərə, ABŞ, Fransa və s. dövlətlər böyük Osmanlı dövlətini parçalamaq və məhv etmək üçün birlikdə hərəkətə keçmişdilər. Eyni zamanda çar Rusiyası tərəfindən Azərbaycanın ikiyə parçalanmasından sonra Azərbaycan ərazilərində ermənilər və aysorlar tərəfindən  xalqımıza qarşı soyqırım törətməklə, Azərbaycan türkünün kökünü kəsib, Azərbaycan və Osmanlı ərazilərində heç zaman olmayan “Böyük Ermənistan” yaratmaq istəyirdilər.

Bu məqsədlə Quzey Azərbaycanın müxtəlif əraziləri və Şərqi Anadolu ilə yanaşı Güney Azərbaycanın qərb bölgəsi də Rusiya və adları çəkilən Qərb dövlətlərinin himayəsi ilə təşkilatlandırılan erməni, aysor və kürdlərin əlilə dəhşətli soyqırıma məruz qaldı. Təkcə Urmiya, Salmas və Xoy bölgəsində rəsmi statistikaya görə 200 min Azərbaycan türkü soyqırıma məruz qaldı.

Hər tərəfdən Rusiya və Qərb dövlətlərinin hücumuna məruz qalan Osmanlı Türkiyəsi bu ağır şəraitdə ermənilər tərəfindən soyqırım məruz qalan Şərqi Anadolu, Quzey Azərbaycan və Güney Azərbaycanda türklərin tamamilə məhv edilməsinin qarşısını almaq üçün hərəkətə keçdi. 1918-ci ildə Şərqi Anadolunun işğaldan azad edilməsindən sonra Qafqaz İslam Ordusu Nuru Paşanın başçılığı ilə Quzey Azərbaycana daxil olub, Azərbaycan Xalq Cümhuriyyətinə yardıma gəldi, sentiyabr ayının 15-də var olan paytaxtımız Bakı erməni-bolşevik işğalından azad edildi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya köçürüldü.

Qafqaz İslam Ordusu ilə yanaşı Osmanlı ordusunun digər bir hissəsi də Güney Azərbaycana daxil olub, Xoy şəhərinin işğal edilməsinin qarşısını almaqla yanaşı sentyabrın ortalarında Salması və sentyabrın sonlarında isə Urmiyanı erməni-aysor işğalından qurtardı.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu zəfər münasibətilə Qafqaz İslam Ordusu və Nuru Paşanın xatirəsini böyük sayğı ilə anır və böyük Azərbaycan-türk millətini təbrik edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

 

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın