Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadənin Türkiyənin Zəfər Bayramı münasibətilə təbrik mesajı

GADTB: Bu gün türkün umud yeri Böyük Türkiyəmizdə 30 avqust 1922-ci ildə Dumlupınarda Böyük Mustafa Kamal Atatürkün başkumandanlığında qazanılan böyük qələbənin şərəfinə Zəfər Bayramı adlanmışdır. Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr, türk düşmənləri arasında paylaşdırılması planlarının qarşısının alınmasında çox önəmli rol oynamışdır. Böyük Mustafa Kamal Atatürkün başçılıq etdiyi türk milləti bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar vermişdir.

İşğalçı orduların Türkiyə sərhədlərindən çıxarılması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq Türkiyə torpaqlarının geri alındığı günü təmsil edir. Bu zəfər əslində təkcə Türkiyənin deyil, Güney Azərbaycanın, eləcə də türk dünyasının zəfəridir.

Türkiyə Cümhuriyyəti dövləti bizim strateji və əbədi qardaşımızı, dostumuzdur. Bu Cümhuriyyət ən güclü türk dövləti olaraq, bu gün bizim bağımsızlıq mücadiləmizdə əsas güvənc və dayaq yerimizdir. Türk millətinin qələbəsi Güney Azərbaycan və bütün türk dünyasının qələbəsidir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), eləcə də şəxsən öz adımdan bu bayram münasibətilə böyük türk dövlətini, türk millətini və Türk Dünyasını təbrik edirəm. Türk millətinin belə böyük zəfərlərinin Güney Azərbaycanda da sağlanacağı ümidilə.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın