Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) kürdlərin Qoşaçayda törətdiyi soyqırımın ildönümü münasibətilə bildirişi

GADTB: Azərbaycan türkləri zaman-zaman başqa qonşuları ilə yanaşı kürdlərə də öz ərazisində sığınacaq vermiş və onları ciddi fəlakət və təhlükələrdən qorumuşdur. Lakin təcrübə göstərmişdir ki, kürdlər nankorluq edib və tədrici köç və qarətlə Güney Azərbaycanın böyük bir hissəsini kürdləşdirib və artıq Azərbaycandan ayırmışlar. Bu gün minlərlə türk toponiminin indiki Kürdüstan və Kermanşah vilayətində dəyişdirilməsinə baxmayaraq, hələ də bu böyük bölgənin əksər toponimlərinin türk mənşəli olması bu bölgələrin son yüzilliklərdə Azərbaycan türklərindən təmizlənərək kürdləşdirildiyi kimsədə şübhə buraxmır.

Kürdlər Azərbaycanı bu şəkildə məhv etməklə yanaşı Güney Azərbaycanın qərb və cənub-qərb bölgələrində onlarla soyqırımı törədiblər. Həmin dəhşətli soyqırımlardan biri də hələ ermənilərin xalqımıza qarşı soyqırım törətməzdən əvvəl yəni 1880-cı ilin oktyabr ayının 2-dən başlayaraq 10 gün müddətində davam edən Qoşaçay şəhəri və məntəqəsi, eləcə də Marağa və Məlikkəndi məntəqələrinin kənlərinə kürdlərin hücumu və Azərbaycan türklərinin bu bölgədə soyqırıma məruz qalması olmuşdur.

İraqdan hücuma keçən silahlı və talançı kürd dəstələri Qoşaçay şəhəri və bütün kəndlərində, eləcə də Marağa və Məlikkəndi bölgəsinin kəndlərində günahsız əhalını qılıncdan keçirmişlər. Bu soyqırım nəticəsində minlərlə günahsız Azərbaycan türkü soyqırımın qurbanı oldu. Təkcə Qoşaçay şəhərində 1800-dən çox qadın, qız, uşaq və qoca vəhşicəsinə qətliam edərək soyqırıma məruz qaldı. Şəhər talan ediləndən sonra yandırılaraq, yerlə yeksan edildi.

GADTB kürdlərin təkcə Qoşaçayda deyil, Sulduzda, Urmiyada, Salmasda, Xoyda, Makıda, Xanada, Soyuqbulaqda və s. Azərbaycan şəhərləri və minlərlə Azərbaycan kəndində soyqırım törətməsini nəzərə alaraq, Azərbaycan Türk Millətini ayıq olmağa və kürdlərin millətimizə qarşı yeni soyqırım törətmələrinə imkan verməməyə çağırır. Sözsüz ki, kürdlər irqçi və işğalçı fars rejimin yardımı ilə Azərbaycanın qərb bölgəsində yeni işğal, soyqırım və təcavüz planı qurub, ona şərait yaradırlar. Azərbaycan türk milləti yalnız öz milli təşkilatları ətrafında birləşib, ayıq olmaq və düşmənlərin planını pozmaqla bu dəhşətli fəlakətin qarşısını ala və ya az zərərlə ondan qurtara bilərlər.

 

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB)

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın