Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xordad Qiyamının ildönümü ilə bağlı bildirişi

GADTB: Müstəmləkəçi dövlətlərin əlilə çevriliş edilərək irqçi farsların türk ərazilərində və Güney Azərbaycanda hakimiyyətə gətirilməsi nəticəsində faktiki olaraq Güney Azərbaycan farsların əsarəti altına salındı. 1925-ci ildən başlanan işğal, assimilyasiya və irqçi fars rejiminin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda türk milləti bütün təbii haqqlarından məhrum edilib, tarixi, mədəniyyəti və dili danılıb və bu gün də bizi bir millət olaraq yox etmə siyasətini kəskin şəkildə davam etdirirlər. Lakin Güney Azərbaycanda türk milləti bu işğal və əsarətlə barışmayıb, özünün azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə davam edib. 1945-ci ildə Azərbaycanın bir hissəsində öz dövlətini bərpa edə bildi. Bu dəfə isə Şərq və Qərb blokunun birbaşa və ya dolayı yardımı ilə yenə irqçi farslar Güney Azərbaycanı işğal etdilər. Onlar Azərbaycanın böyük türk millətini faşistcəsinə kiçik qövm kimi göstərməyə çalışıb, ölkəmizi talan edərək, bütün yeraltı və yerüstü milli sərmayələrini fars bölgələrinə daşıyırlar.

Eyni zamanda bütün media imkanlarından faydalanaraq çalışmışlar ki, millətimizi cahil, geriçi və… göstərib, dil və kültürümüzə qarşı ağır təhqiredici veriliş və filmlər hazırlasınlar.

2006-cı ildə irqçi və işğalçı fars dövlətinin rəsmi orqanı olan «İran» qəzetində təhqiredici bir karıkatur ilə ən çirkin və qeyri-insani şəklidə millətimizi təhqir edib və həqiqi irqçi və faşist sifətlərini göstərərək milli varlığımızın necə yox etmək strategiyasını yayınladılar. Bu iyrənc və təhqir üsulu ilə azərbaycanlı uşaqların beyinlərini yumaq siyasəti artıq millətimizin səbir kasasını daşırdı.

Milyonlarca Azərbaycan türkü küçələrə axışaraq, “Haray-haray mən türkəm!” deyib, öz varlığına sahib çıxdıb, işğalçi fars rejimin apardığı inkar və assimilyasion siyasətini boşa çıxardılar.

Bir Xordad qiyamında millətimiz işğalçılıq, irqçilik və müstəmləkəçiliyə qarşı üsyan qaldırıb, göstərdi ki, kimsə onun mənliyini tapdalayıb, təhqir edə bilməz.  Minlərlə Azərbaycan türkü yaxalansa da, onlarca şəhid verən, yüzlərlə insanı yaralanan xalqımız bir daha dünyaya göstərdi ki, Azərbaycan türk milləti öz müstəqlliyi uğrunda mübarizəsini davam etdirməkdədir.

Güney Azərbaycanın 1 Xordad qiyamı Azərbaycan tarixində qızıl bir səhifə açdı. Artıq bu qiyam müstəqillik uğrunda mübarizəmizin mühüm bir mərhələsi kimi qeyd edilməkdədir. Güney Azərbaycanda millətimiz şəhidlərimizin amalını və yolunu diri saxlamaq məqsədilə çox mühüm tədbirlər keçirirlər. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 1 Xordad qiyamının şəhidlərinin yolunu sədaqətlə davam edib, Güney Azərbaycanda millətimizin mübarizəsini və keçirdiyi tədbirləri dəstəkləyirik. İnanırıq ki, Azərbaycan türk millətinin şərəfli mübarizəsi Güney Azərbaycanı müstəqilliyə və azadlığa qovuşduracaq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın