Çərşənbə , Aprel 24 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin Yenigün-yaz bayramı münasibəti ilə Türk millətinə təbrik mesajı

Türk milləti dünyanın ən qədim xalqlarından olduğu üçün onun milli bayramı olan Yenigün- yaz bayramı da insanların ilkin həyat tərzi, əkinçiliyi və təbiətin qışdan sonra yenidən oyanması ilə bağlı olmuşdur. Bu bayram əsas iki qitəyə yayılmış türklərin hamısında dinindən asılı olmayaraq keçirilir. Hətta prototürk xalqlar hesab edilən İkiçayarasında Savır və Şumerlərdə belə Yenigün bayramı keçirilmişdir.

Qədim və orta əsr türk qaynaqlarında da bu milli bayramımız “Yengigün” (Yenigün) kimi qeyd edilmiş, daha sonralar farscaya hərfi tərcümə edilərək Novruz şəklində türk imperatorluqlarının ərazisində bu şəkildə işlədilmişdir. “Yenigün” sözü türk sultanlarının (Səlcuqlu Məlikşah) göstərişi ilə farscaya tərcümə edildiyi üçün bir çox bölgələrdə Novruzi Sultan və Sultan Novruzu şəklində işlədilmiş və hətta bir sıra türk ölkələrində bu gün bu şəkildə işlədilməkdədir. Böyük Səlcuqlu sultanı Məlikşahın təqvim islahatlarından sonra tərcümə forması xüsusilə yayılmışdır.

Üç qitənin min illər boyu hakimi olmuş türk milləti qanadları altına sığınmış bir sıra xalqlardan da bu gözəl ənənəsini əsirgəməmiş və onlar da Yenigün-yaz bayramını mənimsəyib qeyd edirlər.

Böyük türk millətinin qədim bayramı olan Yenigün-yaz bayramı bu gün də türk millətinin ortaq mirası kimi Türk dünyasını birləşdirir.

Güney Azərbaycan Demokratik Türk Birliyi Yenigün-yaz bayramı münasibəti ilə Güney Azərbaycan və Quzey Azərbaycan türk millətini, eləcə də Türk dünyasını təbrik edir, millətimizə mutluluq və aydın gələcək, Güney Azərbaycan daxil olmaqla əsarətdə olan digər türklərə azadlıq və müstəqillik arzulayır.

Yenigün-yaz bayramınız mübarək!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi başqanı

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın