Çərşənbə , Aprel 24 2024
azfa

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyi başqanı sayın Əjdər Tağızadənin 8 martla bağlı təbrik mesajı

Güney Azərbaycanın hörmətli xanımları!

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, ailə səadəti və uğurlar arzulayıram.

Güney Azərbaycanda qadının çox müqəddəs yeri vardır. Vətənimizin qeyrətli və fədakar igidləri sırf analarımızın tərəfindən tərbiyə edilib, vətənə layiq insanlar olurlar. Azərbaycan türk milləti daim qadına yüksək dəyər vermiş və bu gün də Güney Azərbaycanda türk xanımı türk kişisi ilə birlikdə öz millətinin azadlığı uğrunda mübarizə aparır. Bütün Azərbaycan xanımlarının, xüsusilə işğalçı İran əsarətinə qarşı vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan bütün xanımlarımızın Beynəlxalq Qadınlar Günü qutlu olsun.

 

Əjdər Tağızadə

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyi başqanı

 

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın