Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bildirişi

GADTB: Yanvar faciəsi, Azərbaycan millətinin ümummilli matəm günüdür.

200 ildən bəri Azərbaycanın azadlığı və ərazi bütövəlüyü uğrunda Arazın hər iki tayında millətimizin apardığı çeşidli mübarizələr, qəhrəmanlıq səhifələri olaraq tariximizdə qeyd edilmişdir. Elə 20 Yanvar da millətimizin azadlığı uğrunda aparılan bir qəhrəmanlıq siməgəsidir.

1990-cı il yanvarın 20-nə keçən gecə cinayətkar Qorbaçovun buyuruğu ilə Sovet orduları üçüncü dəfə Azərbaycan ərazisinə soxulub azadlıq və müstəqilliyi üçün ayağa qalxan millətimizin səsini boğmağa çalışdılar. Amma bu dəfə qabaqkı işğallardan fərqli olaraq, millətimizin iradəsini və müstəqilliyə olan inamını daha tanklarla, süngülərlə yox etmək mümkün deyildi. Sonunda onlar başı aşağı vətənimizi tərk etmək zorunda qaldılar. Ancaq üzü qaralıq ruslara və onların rəhəbərlərinə qaldı.

Milli azadlıq və bağımsızlıq üçün mübarzəyə qalxmış dinc əhalinin üstünə tankları sürüb tank təkərlərinin altında əzəmələri və atdıqları güllələrilə yüzlərcə günaəsiz insanı qətələ yətirdilər. Bakıdakı şəhidlər məzarlığı bu cinayətlərə canlı bir sənddir. Bir millətin iradəsi qarşısında dünyanın bütün güclü orduları dizə çökəməyə məhkumdur.

Göründüyü kimi millətimizin müstəqillik uğrunda başlatdığı savaşı qan içində boğmağa çalışsalar da başarılı olmadılar. Bu biz güneylilər üçün tarixi bir dərsdir.

Biz 20 yanvarın ildönümündə bu şəhidlərimizin qarşısında baş əyib onlara demək istəyirik, sizin getdiyiniz müqəddəs yolu biz güneylilər davam etədirəcəyik, sizin canfişanlıqlarınız nəticəsində, əldə edilən Quzey Azərbaycanın müstəqilliyi Bütöv Azərbaycan millətinin ğürurudur.

Güney azərbaycanlılar da bu yolu gedəcəkəlr, kimsə bizləri Tehran rejimindən qorxuda bilməz. Yaxud beynəlxalq zorluq və çətinliklər bizi öz yolumuzdan ayırmayacaqdır. Biz güneylilər də özümüzü köləlikdən fars irqçilərinin müstəməlkəsindən qurtarmağa qərarlıyıq. Bizlər Quzeydəki bacı qardaşlarımızın təcrübələrindən faydalanaraq, öz haqlı davamızı sürdürəcəyik.

Millətimiz hər cür fədakarlığa hazırdır. Çünki, bunu bilirlər ki müstəqilliyi əldə etmək, ancaq inam və fədakarlıqla mümkündür.

 

Həmçinin yoxlayın

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

Bir cavab yazın