Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) 1 Xordad qiyamı ilə bağlı bildirişi

GADTB: Şübhəsiz hər millətin keçmişində böyük və tarixini dəyişdirən hadisələr olmuşdur. Güney Azərbaycanda türk millətinin də sözsüz ki, belə böyük tarixi hadisələri (olquları) olmuşdur.

Ulu Babəkin dirəniş bayrağını qaldırması, Səttarxanın Təbrizdə ağ bayraqları endirməsi, Xiyabaninin Azadistan Cümhüriyyətini elan etməsi, Pişəvərinin Milli Hökümət qurması və Xəlqi Müsəlman Hərəkatının vilayəti fəqih və onun mütləq hakimiyyətinə qarşı baş qaldırması məsələləri tariximizdə özünə xas yeri olmaqla yanaşı millətimizin iradəsinin və azadlığa olan inamnın simvuludurlar. Xordad qiyamına gəldikdə isə bu qiyam, milli hədəfləri bəlli olan, kimliyimizi qoruyan və milli mənafeyimizi düşünən bir hərəkət olmaqla yanaşı, qurtuluş mücadiləmizin dirəniş mərhələsinin başlanğıcı və hər açıdan özünə xas bir yeri olan hərəkat olub. Təbii olaraq keçmişdəki tarixi hadisələrdən dərs alıb, imkan daxilində baş vermiş xətaların qarşısı alınmalıdır.

Bir xordad qiyamı illərdir işğalçı rejim və onun hakimiyyəti tərəfindən edilən təhqir və əritmə (assimilyasiya) siyasətinə etiraz idi. Həm də bu qiyamın baş verməsi millətimizin iradəsi qarşısında rejimin həmin mənfur siyasətinin təsirsiz olduğunun sübutudur.

Bir Xordad qiyamında qəhrəman Azərbaycan türk millətinin “Haray ـ haray mən türkəm” deməsi bu müqəddəs yolda çəkilən zəhmətlərin, tökülən qanların, dusdaqlarda işgncə edilib, lakin düşmənə sirr verməyən qız və oğullarımızın çəkdikləri əməklərin boşa getmədiyinin göstərgəsi, eləcə də qurtuluş və bağımsızlığımızın carçsı olmuşdur.

Tarix yaradan millətimiz!

Sizin dirənişiniz və öz milli varlığınıza sahib çıxmanız, bu gün bütün dünya ölkələrinin baxışını bu irqçı-terrorist rejimə dəyişdirmiş, hər an İran adlanan millətlər dusdağında köklü dəyişikliklər baş verə bilər, artıq hakmimiyyətin məqbuliyyəti (legitimliyi) qalmayb və iqtisadi baxımdan zor durumdadır. Artıq rejimin terür-basqı və yırtıcı gücləri Məhəmməd Rzanın Qardi cavidanı kimi millətlərin iradəsi qarşısnda buz kimi əriyib, yox olacağı hər kəsə məlumdur. Tək sözlə desək bu rejimin işlətmə (istifadə) tarixi sona gəlmişdir.

Bu durumda biz nə etməliyik?

Bizim son istək və yolumuz bəllidir, davamız azadlıq və istiqlaliyyət davasıdır, bu hədəfə çatmaq üçün birlikdə hərəkət etməliyik, düşmən bizi parçalamağa çalışır, biz isə daha çox birləşməliyik, milli təşkilatlar arası əməkdaşlıq və iş birliyi artmalıdır və bütün mübarizə yollarından yararlanmalıyəq, özəlliklə qanuni müdafiə qüvvəsini yaratmaq günümüzün şərtidir.

1 Xordad şəhidlərimizin müqəddəs məzarları başında hazır olmaq, şəhid ailələrini ziyarət edib, bütün Azərbaycan millətinin onların yanında olduğunu, övladlarının unudulmadığını və şəhid ailələrinin millətimizin mənəvi ailələri olduqlarını onlara anlatmalıyıq.

Təbii olaraq dusdaqlarda, işgəncə edilib, düşmənə sirr verməyən qız və oğullarımızın ailələr ilə görüşüb, onların acılarını paylaşıb yardımda bulunmaq heç şübhəsiz hər bir vətənsevərin milli və insani vəzifəsidir. Eyni halda bir xordadın hədəfləri isiqamətində addım atmaq üçün təşkilatlanmaq və milli strateji ortaya qoyaraq, bütün gücümüzü onun uğurla baş verməsi üçün çalışmaq vacib vəzifələrdəndir. Zira bizi öz hədəfimizdən uzaqlaşdırmaq üçün böyük oyunlar planlanıb və uyuqlanmaqdadır, buna görə də ayıq olmalıyıq, qəflət etsək, tarix bizi heç bir zaman bağışlamıyacaqdır.

Bizim hədəfimiz gələcək nəslimizə müstəmləkə altında yaşamaq yerinə, onlara azad, müstəqil, demokratik bir ölkə, rifah içində yaşamaq imkanı yaradılmış bir toplum verməkdir .

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın