Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin Yenigün – bahar bayramı münasbəti ilə millətimizə təbrik mesajı

Türk milləti bütün sahələrdə irəlici gürüşlərlə tarix və mədəniyyətdə qalıcı izlər buraxmışdır.

Türk milləti istər qadına bərabər baxış və davranışları, istər dövlətçilik və imperatorluqda sömürücülük anlayşı ilə yox, eşitlik ilkəsi ilə idarə etdigi dövlətlərdə, millətlərin dil və dinlərinə toxunmamaq və orada yaşayanlara eşit haqq tanımaqla bizə şanlı bir ənənə miras qüymüşdür.

Bu gün çağdaş ölkələrdə doğaya verilən əhəmiyyət, mədəniyyət sayılarkən, bizim əcdadımız öz düşüncə və ideologiyalarının təməlini doğaya sayğı ilə qurub, şamanizm fəlsəfəsini dünyaya təqdim ediblər.

Əcdadlarımızın doğaya verdikləri əhəmiyyət və sayğı, təbiətin qış mövsimindən çıxıb, bahar ilə yeni bir həyat yaşamasını, Yenigün, bəhar bayramı, oğuz bayramı və… adlandırdılar. Onlar doğanın yenidən doğuşunu ilin başlandığı gün kimi qəbul etdilər.

Bu gün başqa mədəniyyətlərdə yeni il anlayşına baxarkən dini gürüşlərin izini daha qabarıq şəkildə gördüyümüzdə, əcdadlarımızın nə qədər realist və uzaq görən olduqları bizi bir yandan qürurlandırır, bir yandan da sorumluluğumuzu bir az da artırır.

Güney Azərbaycan İstiqlalçılar Birligi olaraq Yenigün – bahar bayramı münasibəti ilə millətimizin bayramını təbrik edib, söz veririk qanımızın son damlasına qədər, onların qurtuluşu və türk millətinin layiq olduğu dövlətçiliyi uğrunda mübarzə aparaq.

Gəlin təşkılatlanıb, sistematik mücadilə ilə irqçi və işğalçı düşməni ölkəmizdən ataq. Gerçək bayramı yaşayıb, gələcək nəslimizə müstəqil, azad, çağdaş və demokratik bir ölkə ərməğan edk.

Yenigün bayramınız mübarək olsun !

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın