Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycan milli fəalları İranla Ermənistan sərhədini qəti bağlamağı tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları ermənipərəst İran rejiminə sərt xəbərdarlıq etdilər: “Nurduz gümrüyünü bağlamasanız, özümüz bağlayacayıq”. Azərbaycanlı fəalların bununla bağlı yaydığı bəyanatı təqdim edirik:

Hörmətli Azərbaycan və İran xalqı!

Tehran mərkəzi höküməti həm daxili və həm  xarici siyasətdə artıq çıxmaz vəziyyətdədir.

Təəssüflə bu gün onların tezliyi güneydən Pekin dalğasına və quzeydən Moskva dalğasına qorulub.

Həqiqət ondan ibarətdir ki, Çin və Moskvadan gələn dalğalar müstəmləkəçilik, istibdadiyyatın möhkəmlənməsi, geniş insan haqları pozuntuları, eləcə də ölkələr və millətlər üçün səfalətdən başqa bir heç bir şey etməyib.

Hər kəs görür ki, Tehran hökuməti bu gün islam bayrağı altında bütün tənqidçiləri və etirazçıları fəsad törədənlər, xainlər, azğınlar və xarici agentlər kimi təqdim edir.

Ölkə zindanları qorxaqcasına qandallanmış ədalət axtaranlarla doludur.

Qadın huquqları üçün bir qurup, etnik hüquqlar üçün bir qurup, işçilərin huquqları üçün bir qurup, uşaq huquqları üçün bir qurup və bir partiya huquqları üçün bir qurup dəhşətli cəzalar alıb!

Açıq desək hamı zülüm altındadır!

Bu gün hiylə ilə etirazçılar arasında qorxu və ixtilaf salan bir hakimiyətin oyunlarında oynamaq zamanı deyil.

Bu gün hökumətin hamıya qarşı etdiyi haqsızlıqları araşdırmağın vaxtıdır.

Bu durum dəyişilə bilər!‌

Bu gün kimsə soruşa bilər ki, nə üçün dolların 30.000 tümənə qalxdığı vaxtda Azərbaycan başqa məsələyə etiraz edir?! ‌‌

Bir daha təkrarlayırıq, araşdırmaq vaxtıdır! Azərbaycanlılar yalnız yoxsulluq həddindən aşağı deyillər, həmdəAzərbaycanın varlığıa təhlükə altındadır! ‌‌

Son 300 illik tarix şahiddir ki, Azərbaycanın mövcudluğu nə zaman qorunub bərpa olunarsa, zülm sarayı çökür!

Bu gün Təbriz mərkəz olmaqla Azərbaycan küçələrində baş verən bu ictimai təlatümlər ədalət və haqq tərəfində dayanmaqdan başqa bir şey deyil. Unutmayaq ki, biz Azərbaycana yandaş deyilik, “#biz_azərbaycanın_özüyük”!  Bizi ikiyə bölən də Rusiya qüvvələridir.

Tarixi yaddaşımız deyir: Rusiyanın barışa heç bir marağı yoxdur. 200 ildir bizimlə və İran xalqı ilə bitməmiş bir düşmənçiliyi var.

Bu gün Azərbaycanın kollektiv şuuru və vicdanı, Arazın bu tərəfindəki yollardan işğalçının xeyrinə Arazın digər tərəfindəki qanlı müharibəyə hərbi od püsgürən rus maşınları verməsinə imkan vermir. Bu həyasız hərəkətlərdən Tehranın mərkəzi hökuməti məsuliyyət daşıyır.

Həmişə və hər vəziyyətdə utanmazcasına özünü təmiz çıxaran sözdə islam dünyasının anası kimi özünü qələmə verən İran Çində və Dağlıq Qarabağda qəribə davranıb və eyni müsəlmanların canını alan qızıl ordunun köləsinə çevrilib.

Bu gün Qarabağ müharibəsi təkcə Ermənistanla Azərbaycan arasındakı müharibə deyil. İşğal və müqavimət müharibəsidir. Müharibə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçündür. İşğal sona çatsa müharibə bitəcək!

‍ İnanaq; Azərbaycan xalqı heç bir ölkənin ordusu deyil, noyabr etirazçılarının Qərb piyadaları olmadığı kimi!

‍ İnanaq ki, bu gün Azərbaycan küçələrində zülmə məruz qalıb həbs olunanlar, aldanmış və xarici agent deyillər. İran həbsxanalarında olan bütün ədalət axtaranların aldanmış və xarici agent olmadıqları kimi.

Bu gün Azərbaycan ayağa qalxıb ki, inanclarını dirçəltsin. Azərbaycan bu gün qışqırır: “Nurduzu o lənətə gəlmiş işğal qapısını bağlayın!”

Bu gün Azərbaycan övladları küçələrdə qışqırırlar ki, biz ölməyə hazırıq və Babakin əsgəriyik!

Xəbərdərlıq edirik ki, Norduz gömrükü bağlanmasa Babəkin övladları Babək qalasında olan kütləvi toplaşmanı bu dəfə Culfa şəhərində keçirəcəklər.

Xəbərdərlıq edirik ki, Nurduz gömrükü bağlanmasa işğal qapılarını bağlamaq üçün xalq yürüşünə çağırış ediləcək.

Bu bəyanat elə belə bəyanat xətrinə verilən bir bəyanat deyildir!

Sel kimi axıb şərəfsizlik qapılarını mümkün olduğu hər bir yolla tutb bağlayarıq.

Bu yürüşdə bütün azadlıq axtarışında olan, işğala, zülmə və müstəmləkəçiliyə nifrət edən hər kəs bu sərhəd qapısını bağlamaq üçün bizimlə birgə hərəkət edəcək…

Azərbaycan Milli Hərəkatı

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın