Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Güney Azərbaycan şəhərlərində azərbaycanlı fəallar şüarlar yazmaqla Azərbaycana dəstək nümayiş etdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərərbaycan ordusunun işğal edilmiş Qarabağ orpaqlarını qurtarma əməliyyatına Güneydən dəstək aksiyası davam edir.

Güney Azərbaycan şəhərlərində milli-mədəni fəalları və adi vətəndaşlar, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Zəncan və digər şəhərlərdə divarlarda şüarlar yazmaqla Azərbaycan ordusunun işğal edilmiş Qarabağ torpaqlarını qurtarma əməliyyatına dəstək nümayiş etdirmişlər.

Yazılan şüarlar:

Qarabağ bizimdir bizim qalacaq.

Ya Qarabağ ya ölüm

Azərbaycan milləti çəkəməz bu zilləti

Bu gün axşam isə Güney Azərbaycanın bütün şəhər və qəsəbələrində işğalçı Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pisləmə və Azərbaycan ordusuna dəstək məqsədilə möhtəşəm mitinqlər keçirmək üçün çağırış ediblər.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın