Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycan şair və ziyalılarından Azıərbaycan ordusuna dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda 58 tanınmış Güney azərbaycanlı şair və yazıçı bəyanat yaymaqla Azərbaycanın işğal olunmuş torpaqlarının bütünlüklə azad edilməsini qeyd-şərtsiz dəstəklədiklərini bildiriblər.

Bəyanatda bildirilir ki, sülhün bərpasının yeganə yolu Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsidir.

Həmin Güney Azərbaycandan azərbaycanlı musiqiçi də oxşar bəyanat yayaraq Qarabağın azadlığına dəstək nümayiş etdiriblər.

60 tanınmış musiqi xadiminin imzası ilə yayılan bəyanatda Qarabağın Azərbaycan musiqisinin inkişafında əvəzolunmaz payı olan simaların yetişdirdiyinə diqqət çəkilib, Azərbaycan xalqının bir çox mədəniyyət və incəsənət əsərlərinin kökünün məhz o torpaqda olduğu vurğulanıb.

Güney Azərbaycanın musiqi xadimləri həmçinin Ermənistandan Qarabağın işğalına son qoymağı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb ediblər.

Qeyd edək ki, daha əvvəl Ərdəbildə və oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …

Bir cavab yazın