Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycanda cizgi filmlərinin Azərbaycan türkcəsinə dublyaj edilməsi artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təzyiqlərinə baxmayaraq Güney Azərbaycanda bir sıra gənclər cizgi filmləri azərbaycan türkcəsinə dubyaj etməkdədirlər. Rejim isə çalışır bütün cizgi filmləri farsca olsun.

Bu yaxınlarda isə Walt Disney şirkətinin məhsulu olan cizgilər dublyaj olub. Bu animasiya filminin dublyaj işi təxminən bir il çəkib. Animasiya filmini Azərbaycan türkcəsinə Babək Meynəqi və Səba Səbbağ tərcümə ediblər.

Xoxanlar Kompanisi (ingiliscə Monsters, Inc) 2001-ci ildə hazırlanmış kompüter animasiya 3D filmidir. Onun yaradıcıları eyni zamanda Oyuncaq Hekayəsi cizgi filminin yaradıcı heyətidir.

Xoxanlar Kompanisi adlı Azərbaycan türkcəsinə dublyaj olmuş bu animasiya filmi İran Azərbaycanının 5-ci dublyaj olmuş animasiya filmidir. Bundan öncə Super Qəhrəmanlar 2, Balaca Rəis, Heyvanlar Şəhri və Oynatmalı Nağılı 3 gənclər tərəfindən Azərbaycan türkcəsinə dublyaj olunublar.

Xarici cizgi filmlərinin Azərbaycan türkcəsinə tərcüməsi GüneyAzərbaycandakı uşaqlara doğma dillərində populyar filmlərlə tanış olmaq imkanı verir.

Xarici cizgi filmlərinin Azərbaycan türkcəsinə tərcüməsi Güney Azərbaycandakı uşaqlara doğma dillərində populyar filmlərlə tanış olmaq imkanı verir.

Keçmişdə ‘Kirpi’ şirkətinin nəşr etdiyi türkcə kitabların satışına dövlət tərəfindən maneə törədilib.

‘Kirpi’-nin 32-ci Tehran Beynəlxalq Kitab Sərgisində və 16-cı Təbriz Beynəlxalq Kitab Sərgisində stend qurmasına qadağa qoyulmuşdu.

Lakin irqçi fars rejimin törətdiyi bütün maneələrə baxmayaraq son illərdə Güney Azərbaycanda türk dilində teatr, qısa film və dublyaj kimi mədəniyyət məhsullarıının daha çox istehsal olunması yerli əhali arasında rəğbətlə qarşılanır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın