Cümə axşamı , Aprel 18 2024
azfa

Güney Azərbaycanda etirazlar nəticə verdi: “Qırx pillə” şəlaləsinin türkcə adı qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iki həftə əvvəl Güney Azərbaycanda Muğanın Parsabad şəhərində türkcə “Qırx pillə” şəlaləsi adlanan yerin adı fars dilinə tərcümə edilərək “Çehel pelle” sözü ilə dəyişdirilmi.di. Lakin əhalinin kəskin etirazına səbəb olan məsələ artıq öz həllini tapıb.

Rejimin buradadkı Mədəni İrs Təşkilatı Dostkndi kəndinin turizm bölgəsi sayılan məntəqəsində təhrif edilmiş adla lövhə də quraşdırmışdır. Lakin “Qırx pillə” şəlaləsinin “Çehel pelle” adlandırılması əhalinin kəskin etirazı ilə qarşılandı. Yerli əhali coğrafi və məntəqə adlarının başqa dilə tərcümə edilməsini təhrif və yanlış əməl adlandıraraq quraşdırılan lövhənin qaldırılması və türkcə olan adın yenidən bərpa edilməsini tələb etdilər.

İctimaiyyətin hiddət və geniş etirazı nəticəsində aprelin 10-da Dostkəndi kəndinin Şurası Mədəni İrs Təşkilatı tərəfindən quraşdırılan lövhədə düzəliş edərək “Qırx pillə” adını yenidən bərpa edib.

Qeyd edək ki, Muğanın Parsabad şəhərində “Qırx pillə” şəlaləsinin adı rejim tərəfindən “Çehel pelle” şəklində farscaya dəyişdirilmi.di. Rejimin bu bu şəhərdə Mədəni İrs Təşkilatı artıq həmin məkanda təhrif edilmiş adla lövhə asmışdı.

Əhali isə coğrafi və yer adlarının başqa dilə tərcümə edilməsini təhrif və yanlış əməl kimi pisləyib və yenidən bu adın bərpa edilməsini tələb etmişdi.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Rus sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilib

GADTB: 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş …

Bir cavab yazın