Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycanda mənəvi soyqırım: türk dilində kitabların yandırılması

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1946-cı il dekabrın 17-də Azərbaycan Milli Hökumətini qan içində boğandan sonra irqçi fars rejim Azərbaycan türklərinə qarşı fiziki soyqırım törətməkdən əlavə türkcə kitabları yandırmaqla mənəvi soyqırım da həyata keçirdi.

İrqçi fars rejim 40 min nəfərədək insan qətliam edilib, yüz minlərlə insan mühacirətə məcbur oldu.

İrqçi fars rejim türkə olan nifrətini acısını Milli Hökumətin Azərbaycan türkcəsində çap etdirdiyi kitablardan çıxdı. Onları oda tutdu.

Bu gün 1946-cı il Güney Azərbaycan türklərinə qarşı soyqırım günüdür.

Quzey Azərbaycandan olan şair Səməd Vurğun 1947-ci il yanvarın 20-də bu soyqırıma bir şeir həsr etmişdir. Həmin şeiri təqdim edirik:

(İran irticaçıları Azərbaycan türkcəsində olan kitabları

vəhşicəsinə yandırırlar)

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar

Min kamalın şöhrətidir, min ürəyin arzusu…

Biz köçürük bu dünyadan, onlar qalır yadigar,

Min kamalın şöhrətidir, min ürəyin arzusu…

Yandırdığın o kitablar alovlanır… Yaxşı bax!

O alovlar şö’lə çəkib şəfəq salır zülmətə…

Şairlərin nəcib ruhu məzarından qalxaraq,

Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,

O alovlar şö’lə çəkib şəfəq salır zülmətə…

Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,

De! onları heç duydumu sənin o daş ürəyin?

Hər gəraylı pərdəsində min ananın qəlbi var…

Hər şikəstən ovladıdır bir müqəddəs diləyin,

De! onları heç duydumu sənin o daş ürəyin?

Söylə! sənmi xor baxırsan mənim şe’r dilimə?

Qoca şərqin şöhrətidir Füzuli’nin qəzəli.

Sənmi “Türk-e xər” deyirsən ulusuma, elimə?

Dahilərə süd vermişdir Azərbaycan gözəli…

Qoca şərqin şöhrətidir Füzuli’nin qəzəli.

Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,

Təbiətin ana qəlbi qul doğmamış insanı.

Hər ürəyin öz dünyası hər səadət arzular,

Qanlar ilə yazılmışdır hər azadlıq dastanı…

Təbiətin ana qəlbi qul doğmamış insanı.

Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq…

Hər torpağın öz eşqi var, hər millətin öz adı.

Kainata dəyişmərəm şöhrətimi bir anlıq,

Mənəm odlar ölkəsinin günəş donlu övladı.

Hər torpağın öz eşqi var, hər millətin öz adı.

Nədir o dar acağları, de kimlərdir asılan?

Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?

Dayan!.. Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan

Boğazından yapışacaq onun qadir pəncəsi,

Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?

Cəllad! Sənmi, de! qırırsan Fədailər nəslini?

Millətimin saf qanıdır qurd kimi içdiyin qan.

Zaman gəlir… Mən duyuram onun ayaq səsini,

Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.

Millətimin saf qanıdır qurd kimi içdiyin qan.

Bir varaqla tarixləri, utan mənim qarşımda,

Anam Tomris kəsmədimi Keyxosrov’un başını?

Koroğlu’nun, Səttarxan’ın çələngi var başımda.

Nəsillərim qoymayacaq daş üstündə daşını,

Anam Tomris kəsmədimi Keyxosrov’un başını?

Sür atını, dördnala çap! Meydan sənindir… Ancaq;

Mən görürəm al geyinib gələn bahar fəslini…

Qoca Şərqin günəşidir yarandığım bu torpaq,

Mən yetirdim al bayraqlı inqilablar nəslini,

Mən görürəm al geyinib gələn bahar fəslini…

Səməd Vurğun

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın