Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycanda meşəliklər kəsilərək Tehran və Gilan istiqamətinə daşınır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, keçən ildən Güney Azərbaycanın meşəliklərinin məhv edilərək ağaclarının qarət edilməsi prosesi kəskinləşib.

Bu il isə yenə Güney Azərbaycanın əksər hissələrinin meşəlikləri kəsilib və ağacları talanaraq farslar yaşayan bölgələrə, xüsusilə Tehran və Gilan vilayətləri istiqamətində Azərbaycandan daşınmaqdadır.

İş o yerə çatıb ki, Güney Azərbaycanın Heyran gədiyinin meşəlikləri kütləvi şəkildə kəsilib və Gilana daşınır.

Artıq Qaradağ, Meginşəhr, Urmiya, Muğan, və s. bölgələrdən ağacların kəsilib yük maşınlarına yüklənərək fars bölgələrinə daşınması adi hala çevrilib. Aşağıdakı şəkillərdə ağacların Heyrandan Gilana və Urmiyadan Tehran istiqamətində daşınması müşahidə edilir. 

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın