Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycanda Qacar şahzadəsinin198 illik məzar daşı tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəncan bölgəsinin Tarım şəhərindən Qacar şahzadəsinə aid 198 illiki məzar daşı tapılıb.

1828-ci ilə aid olan həmin məzar daşının boyu 124, eni 54, qalınlığı 9 sm-dir.

Tapılan ağ mərmərdən olan məzar daşı Fətəli şah Qacarın nəvəsi, Abdulla Mirzənin oğlu Xəlilulla Mirzəyə aiddir.

Qeyd edək ki, Xəlilulla Mirzə 1797-ci ildə doğulub. 13 yaşında Fətəli şah tərəfindən Zəncanın hakimi təyin edilib. O Qızılüzən ətrafında Dara qalasını özü və aliləsi üçün tikdirib. Qalanın izləri indiyə kimi qalır.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın