Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycanda Sulduz, Makı və Culfanın bazarları etiraz olaraq tətillərə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Sulduz, Makı və Culfa və s. şəhərlərin bazarları irqçi fars rejimin yarıtmaz siyasəti nəticəsində iqtisadiyyatın çökdüyünə etiraz olaraq tətillərə başladı.

Sulduz bazarı kirayənin yüksək olması, qiymətlərin sabit olmaması və yaranan digər problemlərə etiraz olaraq tətillərə qoşulub.

Güney Azərbaycanın tətillərə qoşulan digər şəhərlərindən biri də Culfadır. Culfa şəhərinin Səttarxan pasajları, eləcə də Culfa Azad Zonasında Məşahiri Azərbaycan mağazaları və s. bazarları artıq tətillərə başlayıb.

Bundan başqa Makının sərhəd bazarı da mağazaları bağlayaraq Güney Azərbaycanda başlanan bazarlarda tətillərə qoşulublar. Rejimin yanlış iqtisadi siyasətinə etiraz olaraq başlanan tətillərə digər şəhərlər də qoşulmaqdadır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın