Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycanda Yamçı əhalisi farsların Azərbaycan mədənlərini talamasına etiraz etdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Yamçı bölgəsinin Yekanat əhalisi farsların Azərbaycanın Yekanat Mis Mədənini talamasına etiraz etdilər. Onlar bildiriblər ki, Tehran və İsfahandan olan farslar onların mədənlərini talayır.

Əhalinin bildirdiyinə görə, bu mədən yenicə aşkarlanıb və qeyri-yerli əhali həmin mədəni çıxarıb talayır.

Onlar bu etiraz mitinqində yalnız öz sərvətlərinin talandığına etiraz etdiklərini bildirirlər. Əhali deyir ki, bu gedişatla müsəmləkə şəraitinə salınmış Azərbaycan talanıb, boş çölə çevriləcək. Ona görə də mədənlərinin talanmasına etiraz edirlər.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın