Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycanın “Barış” dərgisinin xüsusi buraxılışı nəşr edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, altı ildən bəri nəşr olunan öyrənci jurnalı olan Barış dərgisinin 8-ci sayı xüsusi olaraq ana dilində təhsilin zərurəti adlı yazı ilə yayımlandı.

Öyrəncilər tərəfindən nəşr edilən Barış dərgisi Azərbaycan Şəhid Mədəni Universitetinin tələbələri tərəfindən yazılmış türkcə və farsca dillərində məqalələri ehtiva edir.

Dərgi öyrəncilər üçün mədəniyyət, ictimai və idman sahələrində məqalələr yayır.

Barış dərgisinin 7-ci sayında güneyli fəal və yazar Məhəmməd Rəhmanifər Şah İsmayılın niyə Təbrizi başkənd olaraq seçməsi haqda bir məqaləsi çap olmuşdu.

Jurnalın Ana dilində təhsilin zərurəti haqda çap və nəşr olan xüsusi sayı tələbələr arasında ödənişsiz yayılıb.

Müxtəlif ictimai və tarixi mövülar haqqında məlumat yayınlayan Barış dərgisinin gələcək həftələrdə 9-cu sayının nəşri gözlənilir.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın