Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycanın Həmədan vilayətində sel 100-dən çox evə xəsarət vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan vilayətinin Əsədabad şəhərində sel 100-dən çox evə xəsarət vurdu.

Əsədabad Şəhər İcra Hakimiyyətinin başçısı Kərim Həmidvənd bu barədə deyib: “Əsədabad kəndlərinin bir çoxunu su basıb, onlardan bir neçəsi sel sularının əhatəsində qalıb. Hazırda Əliabad, Pirşəmsəddin, Kəvanic, Nəcəfabad, Ləklək, Qasimabad və Dövlətabad kəndləri böhran içindədir”.

Həmidvənd təbii fəlakətin selin çoxsaylı fəsadlarına toxunaraq deyib: “Daşqınlar nəticəsində kəndlər su altında qalıb və 1500 hektardan çox əkin yerini su basıb. Bundan əlavə, köhnə və palçıqdan tikilmiş 100-dən çox evə ciddi xəsarət dəyib. Nüsrətabad kəndində vəziyyət çox ağırdır. Təhlükəli evlərdə yaşayan bəzi ailələr başqa evlərə köçürülüb”.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın