Güney Azərbaycanın Meşginşəhr bölgəsində tarixi qaya rəsimləri aşkarlanıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Meşginşəhr (Xiyav) bölgəsində 15 yeni tarixi ərazi aşkarlanıb.

Ərdəbilin Mədəni Miras İdarəsinin direktoru İmanəli İmaninin açıqlamasına görə, sözügedən ərazidə 40 mindən artıq piktoqrafik yazı aşkarlanıb.

O, həmin rəsim və yazıları Güney Azərbaycan ərazisində bənzəri olmayan əsər kimi qiymətləndirib. Qaya üzərində yonulmuş, cızılmış və ya boyamaqla yazılmış bu yazılar və təsvirlər olduqca tarixi əhəmiyyətə malikdir.

İmani həmçinin deyib ki,  aşkarlanan piktoqrafik təsvirlər zoomorf, antropomorf, eləcə də bitki və həndəsi təsvirlərdən ibarətdir.

O deyib: “Bu təsvirlər qədim insanların inanclarını, həyat tərzlərini və ictimai münasibətlərini əks etdirir”.

İmani həmin məntəqələrdə tədqiqatın davam etdiyini bildirib.

Güney Azərbaycanda qədim qaya təsvirləri aşkarlandı

Publicerat av Ali Huseyn Tisdag 2 juni 2020

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın